|
Qəşəm Nəcəfzadə
-
(Nəcəfov Qəşəm Mirzə oğlu) 1959- cu ilin aprel ayının 1- də
Azərbaycan Respublikasının İmişli rayonunda anadan olub.
1981- ci ildə
Pedoqoji
Unversitetin ədəbiyyat şöbəsini bitirib. Uzun illər orta
məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hal- hazırda Azərbaycan Yazıçılar Birliyinin
“Azərbaycan” jurnalında poeziya söbəsinin müdiri, Uşaq ədəbiyyatı seksiyasının rəhbəri və “Təfəkkür” Unversitetində baş müəllimdir.
Qəşəm Nəcəfzadənin
şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm
çap olunur. Əsərləri Türk, Rus, Gürcü, İngilis, Polyak, Özbək,
Alman və başqa dillərə tərcümə edilib.
Şairin indiyə kimi 13 şeir, 1 hekayə və 1 elmi - publisistik kitabı basılıb. “Sevginin sonunu deməyin
mənə” (Yazıcı, 1990), “Yatmış dəniz şəkli” (Gənclik, 1991), “Bir gəlin dalğa ilə yan-yana” (Göytürk,
1994), “Şeirimin bəxti” (Göytürk,
1995),
“Gülümsəyən ağac” hekayələr (Göytürk,
1995), “Sevmək istəyirəm təzədən” (Göytürk,
1996), “Sən yadıma düşəndə”
(Azərbaycan Dövlət Nəşriyyatı, 1997), “Əlvida dünyaya gələnə kimi”
(Ozan, 1997) ,“Özümə doğru” (Azərbaycan Dövlət Nəşriyyatı,
1998),
“Ömür kitabıma düzəliş” (Azərbaycan Dövlət Nəşriyyatı, 2003), “Və sairə” (Nurlar,
2004) “Hüseynbala Mirələmovun ədəbi həqiqətləri”
(Yazıcı, 2005), "Qadının ölümü", Vektor 2007, "Axşam əhvalatları"- 2007
(ingilis dilində), "Çevrilmə"- 2007 (rus dilində) kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına layiq görülüb.
Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında
epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.
Mütləq gəlin sabaha
Yadınızdan çıxmasın ha!!!
|