2008-in ləçəkləri (Yanvar-dekabr)
Bayram günü yaradıcı dostlardan standart, "optovoy" mesajlara etiraz olaraq az qala onları qabaqlayacaqdım...
***
Qış zəhləmi tökdü...
***
Xoşbəxtlik gəldi və mənə yağışla bağlı özünün yazdığı şeiri oxudu. Bundan sonra nə yazasan?
***Hava bir gündə bir neçə dəfə dəyişəndə xoşuma gəlir – elə bil təbiət demək istəyir ki, həmişə möcuzə gözlə!
***
Davamı...
Baxış sayı: 43
Açar sözlər:
01.01.2009
Bircə sən bilirsən gecələr
qapıyla necə oynayır külək.
Bircə sən bilirsən bu hələ
Sabah səhərədək çəkəcək…
Pərəstişin diqtəsiylə bir neçə kəlmə
Onu bir ay olar tanıdım və tanıyan kimi də sevdim. Çünki seçilir. Nəylə? Şübhəsiz, ilk növbədə intellekt, erudisiyası, ikincisi, bildiklərini sadə şəkildə anlatmaq qabiliyyətilə, dinamikliyi ilə. Yox, yəqin, ən əvvəl xarizması ilə… ya da bilmirəm… bir qədər də özündənəminliyi ilə… sadəcə, sevdiyim xüsusiyyətlərin hamısını özündə birləşdirib. Təbəssümü mənə tanış gəlir və xatırlayıram ki, o, son bir neçə ildə məndə pərəstiş hissi yaratmağı bacarmış ikinci (!!!) adamdır.
Belədi də, hiss edirsən ki, yazmaq istəyirsən,
Davamı...
Baxış sayı: 63
Açar sözlər:
ETİRAF
Sənə məktub yazıram
yadıma düşdüyünə
sevinəsən deyə.
Hə, sevirəm səni.
Amma
Davamı...
Baxış sayı: 38
Açar sözlər:
Oğluma
Qadınların asılmaq istəyini boş ver…
bir kişidən,
ya kişi əllərindən daha uzun, daha möhkəm ipdən...
bilirsən, onlar üçün fərq etməz –
boyunları çılpaq qalmasın bircə …
Diqqət
Bir müddətlik bloqda müəllif görünməyəcək - hesab edin ki, payız tətilindəyəm... Amma sevdiyiniz mətnləri mənə göndərin... ya da öz mətnlərinizi... Sürpriz olacaq!!!
Oyun
Indi ən yaxın dostuna yalan danışmalı olduğu vaxtda altıncı hissi amansızlıqla susurdu. Variantlar vardı, məsələn, telefonda dostuna guya hansısa jurnaldan rastına çıxan “ulduz falını” oxuya bilərdi. O inanacaqdı. Amma ağlına daha maraqlı fikir gəldi.
- Bilirsən, bu gün səhər səni yuxuda görmüşəm.
- Necə görmüsən?
- Gördüm, gecədi, hər yer qaranlıqdı. Əlində siqaret var, çəkirsən, tüstü aləmi bürüyür, bircə üzün görünür, bir də barmaqların.
Davamı...
Baxış sayı: 129
Açar sözlər:
Qısqandığım yazara təbrik
Cavidanın ad gününə tənqid hədiyyəsi
Demək olar ki, hər gün bu yazını beynimdə yazıb, hər gün də onu kompüterə köçürməyə cəsarət eləmirəm. Niyəsini də bilirəm, daha doğrusu, bu barədə də çox fikirləşmişəm.
Əlbəttə, Cavidan barədə mənim yazmağım çətindi, təkcə ona görə ki, biz təxminən eyni vaxtda çap olunmağa başlamışıq, adlarmız da bəzən paralel çəkilib. Heç məsələnin bu tərəfini də kənara qoyuram ki, filoloji fakültəni bitirsəm də, özümü tənqidçi rolunda o qədər də yaxşı hiss eləmirəm. Sonuncu elə də qorxulu deyil, ən pis halda, indi yazdıqlarımı həvəskar müəllifin, ya elə adi bir oxucunun fikirləri kimi qəbul etmək olar.
Problem başqadır və bu sual aysberqin yalnız bir tərəfidir ki, rəfiqəm Cavidan haqqında yazarkən obyektiv ola biləcəyyəmmi? Məsələnin ikinci və mənim üçün ağrılı tərəfi də var – tale elə gətirib ki, biz dost olsaq da, bəzən rəqib kimi çıxış etmişik və niyə gizlədim ki, bu mənada Cavidanı qısqandığım anlar da az olmayıb. Yox, söhbət qətiyyən hər ikimizin iştirak etdiyi və Cavidanın birinci, mənim ikinci olduğum “Nəsimi” müsabiqəsindən getmir. Baxmayararaq ki, müsabiqə sonrası verdiyim müsahibədə onun məni cəmi iki xal geridə qoymasını gizli bir qürrəylə vurğulamışdım və hətta uzağa gedib, az qala, onun məndən bir neçə yaş böyük olmasını da qeyd edəcəkdim. Bəli, bunları yazmaq və oxumaq xoş olmaya bilər. Amma bu uzun müqəddimə həm də özümü sığortalamaq üçündü – mən, yəqin ki, hansısa məqamda qərəzli ola bilərəm. Bəlkə də, mən Cavidanı təbrik etmək üçün yalnız müsbət məqamları vurğulamalıydım və bu daha doğru olardı, amma bu, neynim ki, xarakterimə uygun deyil. Özümdən danışdım, bəsdi, keçirəm Cavidana…
Cavidan məhz o şairədir ki, ilk dəfə onun şeirlərini oxuyanda, həqiqətən də, yaxşı mənada diksindim – son dövrlər ədəbiyyatımızda məni bu cür maraqlandıran və sözün yaxşı mənasında heyrətləndirən qadın şairə olmamışdı. Bu gün Cavidanı yenə “ən yaxşı” hesab eləsəm də, bir il əvvəlki qədər heyrətlənmirəm. Yəqin, günahkar Cavidandı, birdən-birə dozanı bu qədər çox etməməliydi…
Davamı...
Baxış sayı: 67
Açar sözlər:
Kiyevli şeirlər
Yalnız onlar mənə səndən hündür göründülər,
Sən olmayanda təkcə onlar vardı.
Cavandılar,
Yaxındılar,
Amma uzaqdan baxırdılar.
Sən olmayanda onlara da toxunmadım.
Təkcə baxıb köks ötürdüm…
tozağaclarına…
məni qısqanma…
…
“Çıxıb getsəm, bir də gəlməsəm”
deyə hədələsəm səni,
və “sag ol” yerinə desəm ki
nə qədər çətindi səni sevmək –
qapını göstər –
bu daha yaxşı sakitlədər…
….
Qış kimi soyuq,
elə o qədər də təmiz
nəfəsini uzaqdan eşidib
titrəyirəm –
soyuqdandı, ya istidən –
bilmirəm…
---
Üstünü örtəcəkdim,
yuxulu gözlərini açıb
mənə gülümsəyəndə
adyalın ucunu itirməsəydim…

