Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış194
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 2nci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Sentyabr 11, 2008 21:36Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1inci bölüm
Qoşasəslili sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki səsli səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasəslili sözlər adlanır.
Bu tipli sözlərdə ki səsli qoşalığı ya iki eyni səslidən, ya da iki müxtəlif səslidən ibarət olur. Bu səbəbdən sözlərdəki səsli qoşalığının iki növü fərqləndirilir:
1. Eyni səsli qoşalığı
2. Müxtəlif səsli qoşalığı
Eyni səsli qoşalığı Sözün ortasında, bəzən da sonunda; müxtəlif səsli qoşalığı isə sözlərin həm əvvəlində, həm ortasında, həm də sonunda olur. Məsələn:saat, təəccüb, ailə, nüəzzin, səadət, poeziya, müdafiə, rübai, aeroport və s.
Dilimizdə eyni səsli qoşalığı ilə başlanan söz yoxdur.
Qoşasəslili sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur:
1. Eynicinsli qoşa səsliləri ifadə edən iki hərf bir uzun səsli kimi tələffüz olunur. Məsələn: saat - [sa:t], maaş - [ma:ş], camaat - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii - [bədi:], təbii - [təbi:] və s.
Lakin eynicinsli qoşa o səslisi ilə yazılan sözlər vurğusuz halda həm də uzadılmış a kimi [a:] tələffüz olunur. Məsələn: zoologiya [za:logiyaJ, kooperasiya [ka:perasiya] və s.
2. Tərkibində ai, oi, io, (bəzən də io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu səslilər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə - [ayilə], daima - [dayima], zəif -[zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşe], maneə - [maniyə], təqaüd - [təqayüd], stadion - [stadiyon] və s.
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci səsli deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir.
Məsələn: səadət - [sa:dət], fəaliyyət - [fa:liyət], müavin - [ma:vin], müalicə - [ma:licə], müəyyən – [mə:yyən], müəllim - [mə:llim] və s.
Qeyd 1: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasəslili mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn səslilərdən birincisi deyilmir, lakin ikincisi üzun tələffüz olunmur:
Əliağa - [Əlağa], əmioğlu - [Əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu], xalaoğlu - [xaloğlu] və s.
Qeyd 2: Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual və s. kimi qoşasəslili sözlərdə bu halların heç biri baş vermir.
DAVAMINA BAXIN!
Görüşlər(3)
Azərbaycan dili
-
baxış244
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Avqust 31, 2008 17:17ƏLİFBA
Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.
Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.
Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:
Latin
Adı
Nümunə
Latin
Adı
Nümunə
Aa
a
Alçaq
Qq
qe
Qulaq
Bb
be
Bütöv
Ll
el
Laxlamaq
Cc
ce
Coşqun
Mm
em
Mağara
Çç
çe
Çiçək
Nn
en
Narın
Dd
de
Dayaq
Oo
o
Oba
Ee
e
Elçi
Öö
ö
Ölçü
Əə
ə
Əmək
Pp
pe
Paltar
Ff
fe
Fışıltı
Rr
er
Rəng
Gg
ge
Güzgü
Ss
se
Səs
Ğğ*
ğe
Dağ
Şş
şe
Şanlı
Hh
he
Haray
Tt
te
Tanıtmaq
Xx
xe
Xəzər
Uu
u
Uzun
Iı*
i
Yağı
ÜÜ
ü
Ünlü
İi
i
İncə
Vv
ve
Varlıq
Jj
je
Jalə
Yy
ye
Yaylaq
Kk
ke, ka
Kəskin
Zz
ze
Zingilti
*QEYD: Dilimizdə iki hərflə: Iı və Ğğ hərfləri ilə söz başlanmır.
FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:
1. Səslilər(Ünlülər-Saitlər),
2. Səssizlər(Ünsüzlər-samitlər).Səslilər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .
Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
DAVAMINA BAXIN!
Görüşlər(1)
Azərbaycan dili
-
baxış107
قاراباغین تاریخی
Yazar: Baybək ArazOğlu Tarix: İyul 20, 2008 13:38قاراباغ نينکي آذربايجانين، حتّی بوتون دونيانين ان قديم تورپاقلاريندان بيريدير. بو اراضيده ان قديم دؤورلره آيد يئرلر آشکار اولونموشدور. 1968-جي ايلده آزيخ ماغاراسيندا آزيخانتروپ آدلي پريميتيو آزيخ آدامي نين چنه سومويو تاپيلميشدير. چوخ گومان کي، آزيخ آداملاري بورادا 250-300 مين ايل بوندان اول ياشاميشلار. بوتون تاريخ بويو قاراباغ آذربايجانين آيريلماز حيصه سي اولموشدور. عرب خيلافتي نين ايشغالي و آلبان دؤولتي نين سوقوتو ايله ويي-ايخ اسرلرده قاراباغين تاريخينده اهميتلي دييشيکليکلر باش وئردي. عرب ايشغالي نين نتيجه سينده آلبانييانين خريستيان اهاليسي نين اکثريتي ايسلامي قبول ائتدي، قالانلاري، خوصوصيله آلبانييانين قاراباغ يوکسکليکلرينده ياشايان اهالي ايسه ايو اسرده آلبانييانين دؤولت ديني ائلان اولونموش خريستيانليقدان ايمتيناع ائتمه دي. خيخ اسرين اوللرينده شيمالي آذربايجان اراضيلري نين روسييا طرفيندن ايشغاليندان سونرا ائچميدزي نين تزييقي و ايصرارلي موراجيعتلري نتيجه سينده روس چاري نين آلبان کاتاليکوسونون لغوي باره ده قراري قاراباغ يوکسکليکلري نين آلبان اهاليسي نين گورجولشديرمه و ائرمنيلشديرمه پروسئسي نين باشلانغيجيني قويدو. قاراباغ ساجيلر، سالاريلر، شدداديلر، آتابيلر، هولاکيلر (ئلخانيلر)، قاراقويونلو، آغقويونلو کيمي عربلرين ايشغاليندان سونرا آذربايجاندا بيري بيريني عوض ائتميش موختليف موسلمان دؤولتلري نين ترکيبينده اولموشدور.
گؤروشلر(0)
QaraBağ
-
baxış116
بو گون آذربايجاندا سئوگيليلر گونودور!
Yazar: Baybək ArazOğlu Tarix: İyun 30, 2008 11:28آرتيق 5 ايلدير کي، 30 اييون آذربايجاندا سئوگيليلر گونو کيمي قئيد اولونور.
1990-جي ايلده قانلي يانوار حاديثه لرينده هلاک اولموش ايلهام و اونون اؤلومونه دؤزميه رک، اؤزونو اؤلدورن فريضه نين توي گونو سئونلرين گونو کيمي ياد ائديلير. بو تاريخ شرق دونياسيندا لئيلي و مجنوندان سونرا يئني بير محبت حئکايه سي نين اساسيني قويدو. 30 اييون آذربايجان خالقي نين تاريخينه و ادبياتينا ايلهام و فريضه داستاني گتيريب. بوتون سئونلري تبريک ائديريک.
گؤروشلر(1)
Azərbaycan kültürü, QaraBağ
-
baxış123
Bu gün Azərbaycanda sevgililər günüdür!
Yazar: Baybək ArazOğlu Tarix: İyun 30, 2008 11:27Artıq 5 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş İlham və onun ölümünə dözməyərək, özünü öldürən Fərizənin toy günü sevənlərin günü kimi yad edilir. Bu tarix şərq dünyasında Leyli və Məcnundan sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoydu. 30 iyun Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanı gətirib. Bütün sevənləri təbrik edirik.

