Reklam verin!
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



ZAMAN

Dekabr 15, 2008 2:03, Şeirlər, sabiroghlu, Şərhlər(0)

Durub cəllad kimi başımın üstə,
Əqrəb qılıncını fırladır zaman.
Ömrümdən anları doğrayır, keçir.
Bu gündən sabaha doğulan güman,
Çay kimi içimdən çağlayır keçir.
Hardasa yolların sinəsi yanır,
Hardasa dağları duman, çən alır.
Nə vaxtsa o çəndə azan bir quzu
Mələyə-mələyə səsləyır məni.
Mən itmiş bildiyim bir körpə arzu,
Böyüyüb ordaca gözləyir məni.
...Saat kəfkiri tək asılıb aydan,
Xəbər gözləyirəm qulağım səsdə,
Vaxtın da səbri yox, tələsir yaman.
Durub cəllad kimi başımın üstə,
Əqrəb qılıncını fırladır zaman.

 
Baxış sayı: 30
Açar sözlər:
Bookmark and Share


DÜNYANIN DƏRDINDƏN ÖLMƏYƏ NƏ VAR

Sentyabr 12, 2008 13:25, Şeirlər, sabiroghlu, Şərhlər(2)

Başının üstündə Allahın varsa,

Allahın yanında günahın varsa.

Günahın özünə səni qaytarsa,

Dünyanın dərdindən ölməyə nə var?!

 

Bir dəli sevda tək düşəndə ələ,

Bir qurtum şərbət bil, iç getsin elə.

Dünya xali deyil görərsən hələ, -

Dünyanın dərdindən ölməyə nə var?!

 

Çətini inadın qırılıncadı,

Çətini ağlayıb yoruluncadı.

Çətini tanıyıb vuruluncadı,

Dünyanın dərdindən ölməyə nə var?!

 
Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 43    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites