Reklam verin!

BU, ODUR: ÇİNGİZ XAN

Yazar: Mesiha @ Yanvar 7, 2009 7:00

Bəli, şəkildə gördüyünüz 2000-ci ildə YUNESKO tərəfindən bütün dövrlərin ən böyük sərkərdəsi elan olunmuş Çingiz xanın Monqolustandakı heykəlidir. Abidənin açılışı ötən ilin yayında olub, amma hələ tikilib qurtarmamışdan təkcə yerli əhalinin deyil, xarici turistlərin də diqqətini çəkib, onların ziyarətgahına çevrilib.
Dünyanın ən nəhəng abidələrindən biri olan bu heykəlin qoyulması barədə qərar Monqolustan hökuməti tərəfindən 2006-cı ildə – Böyük Monqol dövlətinin yaranmasının 800 illiyi münasibətilə qəbul edilib və onun inşasına 10 milyon dollar vəsait ayrılıb. Həmin ərəfədə bir vaxtlar SSRİ-nin yardımı ilə tikilmiş Ulan-Bator beynəlxalq aeroportuna Çingiz xanın adı verilib. Abidənin qoyulduğu yer də aeroportun yaxınlığında, avtomobil yollarının kəsişməsində – Ulan-Bator şəhərinin 53 kilometrliyindədir.

chingiz_xan 

Davamı...

ORDAN-BURDAN | Şərhlər(0)
Baxış sayı: 6
Açar sözlər:
Bookmark and Share

MOLLA PƏNAH VƏ DƏDƏ KATİB

Yazar: Mesiha @ Yanvar 5, 2009 6:50

Güney Azərbaycanın qərb bölgəsində – Urmiyada milli ədəbiyyatın nəşri və təbliği sahəsində dəyərli işlər görən «Yaz» nəşriyyatı oxuculara iki yeni kitab ərməğan edib.
Bunlardan birincisi, yaradıcılığı Azərbaycan ədəbiyyatı və dilinin inkişafında bütöv mərhələ təşkil edən böyük şairimiz Molla Pənah Vaqifin (1717-1797) divanıdır. Deyilməlidir ki, kitabın nəşrinə İran İslam Respublikasının hakimiyyət orqanlarından icazə almağa nə az, nə çox – düz il yarım vaxt gedib və dəfələrlə bununla bağlı edilən müraciətlərə rədd cavabı verilib. Yalnız nəşriyyatın rəhbəri Bəhram Əsədinin təkidli səyləri nəticəsində divanın nəşrini həyata keçirmək mümkün olub.
Kitaba Molla Pənah Vaqifin həm klassik janrlarda, həm də xalq şeiri formalarında yazdığı əsərləri (qəzəl, qoşma, müxəmməs, təcnis və s.) daxil edilib. Onu da deyək ki, bu, Vaqif divanının İranda və ərəb əlifbası ilə ilk nəşridir.

vaqif_katib 

Davamı...

OXU | Şərhlər(0)
Baxış sayı: 16
Açar sözlər:
Bookmark and Share

HANTİNQTON HƏYATDAN GETDİ

Yazar: Mesiha @ Dekabr 30, 2008 8:09

hantinqtonDünyaca məşhur və geniş mübahisələrə yol açmış «Sivilizasiyaların toqquşması» kitabının müəllifi Samuel Hantinqton 81 yaşında dünyasını dəyişib. Bu barədə onun 58 il çalışdığı və yalnız ötən il təqaüdə çıxdığı Harvard universiteti məlumat yayıb.
Son yarım əsrdə dünyanın ən nüfuzlu politoloqlarından biri olan Samuel Hantinqton 1927-ci il aprelin 18-də Nyu-Yorkda doğulmuş, Yel universitetini bitirdikdən və orduda xidmət etdikdən sonra Harvardda çoxillik müəllimlik fəaliyyətinə başlamışdı. 1957-ci ildə onun «Əsgər və dövlət: mülki-hərbi münasibətlərin nəzəriyyəsi və siyasəti» adlı ilk kitabı işıq üzü görmüş və müxtəlif rəylər doğurmuşdu. Hətta tənqidçilərindən biri baxışlarına görə onu Mussoliniyə bənzətmişdi. Bununla belə, Hantiqton özünün qeyri-standart və cəsarətli fikirlərini irəli sürməkdə davam etmiş, tədricən Amerika və dünya siyasətinə təsir göstərən bir mütəfəkkirə çevrilmişdi.
1964-cü ildə o, Zbiqnev Bzejinski ilə birlikdə yazdığı «Siyasi hakmiyyət: SSRİ-ABŞ» adlı kitabını çap etdirdi. Soyuq müharibənin mümkün gedişini və nəticələrini açıqlayan bu əsər onun iti zəkasının və güclü fəhminin təsdiqinə çevrildi. Təsadüfi deyil ki, çox keçmədən o, Ağ Evdə işə cəlb edildi: 1977-78-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru və prezident Karterin müşaviri oldu.

Davamı...

OLAY | Şərhlər(0)
Baxış sayı: 24
Açar sözlər:
Bookmark and Share

NƏSİMİ DİVANININ YENİ NƏŞRİ

Yazar: Mesiha @ Dekabr 11, 2008 19:07

nesimi_divanBu yaxınlarda Təbrizdəki «Əxtər» nəşriyyatı dahi şairimiz İmadəddin Nəsiminin türkcə divanının yeni nəşrini oxuculara təqdim edib. Divanın tərtibçisi təkcə Güneydə deyil, Quzey Azərbaycanda da yaxşı tanınan qocaman tədqiqatçı, «Qara məcmuə», Nəbati divanı (iki cilddə) və s. kimi qiymətli abidələrin mətnlərini çapa hazırlamış doktor Hüseyn Düzgündür. Divan üzərində üç ilə yaxın bir müddətdə zəhmət çəkmiş H.Düzgün əvvəlki nəşrlərdə mövcud olan çoxsaylı qüsurları aradan qaldıraraq, daha mükəmməl bir mətni oxucuların və tətqiqatçıların ixtiyarına vermişdir. Təsadüfi deyil ki, nəşrin işıq üzü görməsindən sonra keçən qısa müddət ərzində səslənmiş rəylərdə o, nəsimişünaslıqda yeni bir söz kimi dəyərləndirilir və sonrakı bütün çaplara əhəmiyyətli təsir göstərəcəyi vurğulanır.
Doğrudan da, 561 səhifəlik divana ötəri baxış belə tərtibçinin nəhəng bir işi həyata keçirdiyini söyləməyə əsas verir. Alim Nəsiminin ana dilindəki bütün irsini bir yerə toplayaraq, klassik janrlar üzrə qruplaşdırmış və 12 bölmədə yerləşdirmişdir:

Davamı...

OXU | Şərhlər(2)
Baxış sayı: 42
Açar sözlər:
Bookmark and Share

ORXAN PAMUKUN DOSYESİ

Yazar: Mesiha @ Dekabr 10, 2008 1:40

orxan_pamukBu məqalə bir neçə gün öncə “Bir xain necə yetişdirilir?” başlığı altında ünlü türk şairi və romançısı Atilla İlhanın (1925-2005) yazısı kimi elektron poçtuma daxil olub. Mənə maraqlı gəldiyindən göndərən şəxsdən yazının A.İlhana aidliyini təsdiqləyən mötəbər qaynağın olub-olmadığını soruşdum. O da mənə İnterneti göstərdi. Əslində mən ona müraciətdən öncə İnternetə baş vurmuşdum. Axtarışlarım bu yazının hələ xeyli əvvəldən bir sıra türk saytlarında, özü də məhz Atilla İlhanın yazısı olaraq, yayıldığını aydınlaşdırmağa imkan vermişdi. Bununla belə, bir-iki yerdə həmin məqalə araşdırmaçı-yazar Sərdar Quruya da aid edilirdi. Daha sonra eyni mətn Kanadada yaşayan və Türkiyə işlərini yaxşı bilən kifayət qədər ciddi bir tədqiqatçı tərəfindən yenə A.İlhanın yazısı olaraq yayıldı. Bu üzdən axtarışlarımı bir az da intensivləşdirdim və sonda yazının yuxarıda adı keçən Sərdar Quruya aid olduğu qənaətinə gəldim. (Bunun üçün, məsələn, bu ünvana baxmaq yetərlidir). Aydın oldu ki, yazı 2005-ci ildə, yəni Orxan Pamuk “Nobel” almazdan qabaq yazılıb, özü də iki variantda – geniş və müxtəsər variantlarda yayılıb. Yazının Atilla İlhana aid edilməsində, görünür, onun Orxan Pamuka heç də yaxşı oımayan münasibəti əsas rol oynayıb – A.İlhan O.Pamuku “əsərləri çox çap olunan, amma az oxunan yazıçı” adlandırır və onu, öz təbirincə desək, “komprador aydınlar” cərgəsinə aid edirdi.
Amma əsas məsələ yazının kimə aidliyində deyil – hər halda bu məqalə yazılıb və yayılıb. Məsələ heç yazının qəhrəmanı, Nobel mükafatı laureatı Orxan Pamukda da deyil. Başlıcası yazının mahiyyətidir, onun bir şəxsin nümunəsində açıqlamağa çalışdığı texnologiyadır. Həmin mahiyyətin və texnologiyanın bu gün də gözümüz önündə baş verənlərə, o sıradan, bizdə gedən dartışmalara dəxli olsun gərək...  

Davamı...

OXU | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər:
Bookmark and Share

MÖVLANA QƏZƏLLƏRİ POLYAK DİLİNDƏ

Yazar: Mesiha @ Sentyabr 21, 2008 8:22

movlana_kitabKrakovda ötən il 800 yaşı bütün dünyada təntənə ilə qeyd olunmuş dahi şair və mütəfəkkir Mövlana Cəlaləddin Ruminin (1207-1273) seçmə qəzəllərinin tərcüməsindən ibarət «Sözlərin keçidində» adlı kitab işıq üzü görmüşdür. Qəzəllərin polyak dilinə tərcüməçisi ixtisasca iranşünas olan 54 yaşlı Marek Smojinskidir.
Kitabda Mövlananın 32 qəzəli və mütərcimin geniş ön sözü (49 səhifəlik) yer almışdır. Ön sözdə Mövlananın həyatı və əsərləri barədə ətraflı məlumat verən M.Smojinski onun yaradıcılığında üç dini-ideoloji ənənənin – buddizm, zərdüştilik və islam – çulğaşdığını vurğulamışdır.
Kitaba əlavə olunmuş «Könüllər» adlı CD onun dəyərini daha da artırır. Həmin CD-yə M.Smojinskinin və Polşanın tanınmış opera müğənnisi Mariuş Koluçun ifasında Ruminin farsca beş, polyakca iki qəzəli yazılmışdır. Qəzəllərin oxunuşu tar, ney, rübab və s. musiqi alətlərinin çalğısı ilə müşayiət olunur.

Davamı...

OXU | Şərhlər(0)
Baxış sayı: 97
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 25    Sonrakı səhifə »