Reklam verin!

Məmməd Əmin Rəsulzadə. Azərbaycanda Milli Hərəkat

Yazar: Cavanşir @ Yanvar 5, 2009 11:22

Repressiyalara baxmayaraq, milli stixiya Azərbaycanda kommunizmə üstün gəlirdi. Milli dövlət müstəqilliyi ideyası təkcə xalq kütlələrinin geniş təbəqələrinin içinə nüfuz etməklə qalmırdı, kommunistlərin də ən intim sıralarına sirayət edirdi. Azərbaycanda sovet Azərbaycanının ilk rəhbəri Narimanovdan 23 başlayaraq Azərbaycan Kommunist (b) partiyasının katibi Xanbudaqova 24 qədər istənilən siyasi təmayülçülük “mərkəzin Azərbaycanın daxili işlərinə qarışmama” tələbinə dirənirdi. Ancaq bu tələb, şübhəsiz, “mərkəzə” sistematik olaraq “kiçik burjua təsiri” altına düşən cəsurların adlarını çəkməyə və “onları Moskvaya çağırıb partiyanı onların tərəfdarlarından təmizləməyə” mane olmurdu. Son illər ərzində Azərbaycan Kommunist partiyası bir neçə dəfə belə təmizlənməyə məruz qalmışdı və vaxtaşırı olaraq Moskvadan təyin edilmiş milliyyətcə rus olan baş katiblər tərəfindən idarə edilir.

Davamı...

Məmməd Əmin Rəsulzadə. Azərbaycanda Milli Hərəkat

Yazar: Cavanşir @ Dekabr 31, 2008 15:27

Azərbaycanda milli hərəkat özünün ideya mənbələrinə görə bu halında Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik hərəkatlarını birləşdirir. Müsəlman və türklərin məskunlaşdırdığı, nə mədəni, nə də dini mənada Rusiya ilə heç bir ümumi cəhəti malik olmayan və yalnız silah gücünə işğal etdiyi Qafqaz Azərbaycanı, mənəvi baxımdan heç zaman ənənələri müsəlman və türk dünyasına düşmənçilik əsasında formalaşan rus dövlətçiliyi ilə barışmayıb, elə buna görə də panislamizm və pantürkizm ideyalarına həmişə anında reaksiya verib.  Zaman keçdikcə və ictimai qüvvələr inkişaf etdikcə, əvvəllər müsəlman Şərqində rast gəlinmədiyi halda Azərbaycanda əhalinin daha geniş kütləsinin ictimai hərəkata cəlb olunduğu bir zamanda milli hərəkat Avropa xarakteri daşımağa başladı.

 resulzade

Tarixi qalereyasında Şərq ədəbiyyatının məşhur Fizuli 1 (xristian erasının XV əsrində böyük türk şairi) kimi görkəmli siması olan Azərbaycan ədəbiyyatı hələ XIX əsrin başlanğıcında modernləşməyə başladı. Böyük novator Mirzə Fətəli Axundzadə 2 xalqın dilində qələmə aldığı ölməz əsərləri ilə Azərbaycan cəmiyyətinə yeni impuls verdi. Formaca yeni olan əsərlərində (müsəlman dünyasında ilk dram əsərlərinin yaradıcısı) o, XVIII əsrin liberal-maarifçi ideologiyasından götürdüyü tam yeni ideyaları təbliğ edirdi.Mirzə Fətəlidən başlayaraq Azərbaycan ədəbiyyatı Qərbin ideyalarını dadmağa və həyat hadisələrinə tənqidi yanaşmaya başlayır.

Davamı...

XX Əsrin Siyasi Arxivi. MƏMMƏD ƏMİN RƏSULZADƏ. Azərbaycanda Milli Hərəkat

Yazar: Cavanşir @ Dekabr 27, 2008 17:18

Siyasətçi, yazıçı və jurnalist Məmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakı quberniyası, Bakı qəzasının Novxanı kəndində anadan olub. İlk təhsilini bu kəndin Axundunun ailəsində almışdır 1. Bakı texniki məktəbini bitirdikdən sonra inqilabi fəaliyyətə həvəslənir. 1904-cü ildə Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu olan “Hümmət”in (“Qeyrət”) təşkilatçılarından birinə çevrilir, 1909-cu ildə isə İrana yola düşür, burada inqilabi hadisələrdə fəal iştirak edir. 1911-ci ildə, rus ordusu İrana daxil olanda Türkiyəyə keçir. 1913-cü ildə Romanovlar ailəsinin 300 illiyi münasibət ilə verilən amnistiyadan istifadə edərək Bakıya qayıdır və “Müsavat” (“Bərabərlik”) müsəlman-demokrat partiyasının yaradılmasında iştirak edir.Azərbaycan tarixşünaslığında hesab edildiyi kimi, müsəlman xalqlarının və ölkələrinin milli azadlıq uğrunda mübarizədə həmrəyliyi ideyası “Müsavat” partiyasının ilk proqramından qırmızı xətlə keçir. Azərbaycan milli hərəkatının liderləri islam həmrəyliyini yalnız ümumi ideya – müsəlman xalqlarının Avropa dövlətlərinin müstəmləkə boyunduruğundan xilas edilməsi uğrunda qarşılıqlı əlaqə və qarşılıqlı yardım kimi başa düşürdülər 2. Bunun panislamizmlə heç bir ortaq cəhəti yox idi.

voprosi istorii 

Davamı...

Ceffri Rotşild. Təslim

Yazar: Cavanşir @ Dekabr 12, 2008 16:05

Hökmdar deyil,

qul olmağa can at.

Zərbələri qəbul et və

Topu vuran əl deyil,

topun özü ol. 

Rumi. “Məsnəvi”

Sufizmin dərin mənası Tanrı iradəsi qarşısında təslimdir. Bunu ona vaqif olan hər bir şəxs bilir. Ancaq sufi Yolunda olmaq ağlın yox, ürəyin istəyidir. Təslimin həqiqi mənası ürəyimə çatana qədər on il keçdi.

sema

- Hə, mənimlə getmək istərdinmi?
Müəllimin səsini eşidən kimi döşəməyə sərilmiş yorğanın üstündən qalxdım və üst-başımı qaydaya salmağa başladım. Günəş yenicə doğurdu. Artıq üç ay idi ki, Tehran təkkəsində yaşayırdım, beş yüz il qabaq toxunmuş İran xalçaları sərilmiş soyuq daş döşəmə üstündə yatırdım; tavana qədər sufizmdən bəhs edən kitablar qalanmış divarlar arasında səfərə hazır vəziyyətdə yaşayırdım (gecələdiyim otaq həm də sufi ordeninin nəşr etdiyi kitabxana və sufilərin yığıncaq yeri idi, burada onlar çay içir, fikrə dalır və söhbətləşirdilər. Tənha bir küncə çəkilmək fikri məndə demək olar ki, yaranmırdı).

Davamı...

Nəsr haqqında qeydlər

Yazar: Cavanşir @ Dekabr 11, 2008 14:09

Bizim nəsrdə üfüqi xətt qırılmır, xarakterə, onun içinə doğru nə qədər əyilsə də tezliklə geri “qayıdır”, OX KİMİ... Bütün təsvirlər ... bir qabıq içindədir, bir amplua daxilindədir, elə bil hər şey bir kitabın içindən çıxır və ora – öz yerinə qayıdır.

 arrow

Davamı...

Bodler. Adsız

Yazar: Cavanşir @ Dekabr 10, 2008 9:53

Az qalıb...

Bu azı yarpaqdan süzülən yağış damcılarına bənzətsək,

Yorulub əldən düşmək olar...

Doğrudan az qalıb...

Üç damla ömür...

 automne

Davamı...

Bir daha tənqid haqqında. Təəssüratlar

Yazar: Cavanşir @ Dekabr 3, 2008 13:09

       Son zamanların canüzücü və darıxdırıcı atmosferində baş verən hadisələr səndə hər şeydən öncə acı təəssürat yaradır və bu təəssüratla məşhur bir ifadə ilə desək, qələmə sarılmaqdan vaz keçirsən. Bəlkə bütün bu “reaksiyaların” səbəbi odur ki, sən hər şeyi olduğu kimi qəbul etməyi bacarmırsan, vaxtı ötürürsən və vaxta dəxli olmayan işlərlə məşğul olursan. Hər şeyi olduğu kimi qəbul eləmək, yəni öz umduğunu bir kənara buraxıb, dünyaya və gerçəkliyə normal baxmaq (... günün qızıl gözlərinin içinə düz bax – Əli Kərim) çox şeyin “köpünün alınmasına” birdən səbəb ola bilər?

 dash

Amma... Hər şey düşünüldüyündən daha mürəkkəb və qəlizdir...

Davamı...

Filoloqun portreti

Yazar: Cavanşir @ Dekabr 1, 2008 17:02

"... Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır..." Firudin bəy Köçərli.

Bizdə həmişə nədənsə, tənqidçilərdən cəm halda danışırlar. İllər keçir, cəm halından bezən tənqidçilər olur ki, şeirə, nəsrə və yaradıcılığın digər "qaynar" növlərinə girişirlər. Tənqidçilər o qədər azdır ki, onlardan uzun-uzadı danışıb "...və başqaları" demək olmur. Bizdə şairlər çoxdu və bu çoxluğun (tünlüyün) içində "və başqaları" böyük əksəriyyət təşkil edir. Bizdə "tənqidçilər məndən yazmır" deyən şairləri cəmləsən bəlkə bir mikrorayon yaranar. Tünlüyün içində insan şəxsiyyəti ilə seçilir. Şəxsiyyətə və onun obrazına baxışın hansı bucaq altında əyaniləşməsi oxunduqca bitməyən bir mətnə bənzəyir. "Cahandar ağanı sadəcə bədii obraz sayanlar yanılırlar, çünki bu obrazda bir sıra ideya-estetik, mənəvi-etik, qnoseloji keyfiyyətlər bir vəhdət halında təzahür edir.

 kitab

Və həmin keyfiyyətlər vəhdətini öz içərisində yetişdirib zühura çıxarmış bir şəxsiyyət, təbii ki, müdrik şəxsiyyət idi" (Nizami Cəfərov. Klassiklərdən müasirlərə. Səh. 179.). Tənqidçilərdən cəm halında danışsalar da, tənqidçilər təkdirlər və bu təklərin içində ən yalqızı, mənim fikrimcə, Rüstəm Kamaldır. Rüstəm Kamal düşüncəsinə, təfəkkürünə, elmi dünyagörüşünün genişliyinə görə seçilən təklərdəndir. Rüstəm insan kimi əxlaqlı və son dərəcə humanist olduğuna görə, heç kəsə dərs keçmir, bilmirəm, burda kövrəlməyin yeridi, ya yox: Rüstəm mənim ədəbi və əbədi qardaşımdır... Ayda, ildə bircə dəfə görüşməsək belə... Hər gün görüşdüyüm adamlar içində elələri var ki, görən kimi bezirəm, demaqogiyaya, söz gəzdirmələrinə və digər puç əməllərinə görə...

Davamı...

Ələkbər Salahzadə. DAN ÜZÜNƏ FIŞQIRAN QAN (M.Müşfiqin son əksi önündə)

Yazar: Cavanşir @ Noyabr 19, 2008 15:43

...Mən dönərəm,

sən dönməzsən, 

Yaşa könül,

yaşa könül. 

Mikayıl Müşfiq 

«–İşıq verin mənə! – üzümü dəmir qapıya tutub qışqıranda dünyada hardasa belə bir zülmətin ola biləcəyinə hələ də inanmırdım». 

Meşa Selimoviç – «Dərviş və ölüm»dən 

 mushfiq

                                         * 

O hardaydı, hara gəldi,

haraydı bura indi?

lay-lay zülmət içiylə

düşdüyü yer diksindi.

Ayağı yana qaçdı,

çiyni divara dəydi.

Elə bil yaralandı

baxışı hara dəydi!

Közərmiş gözlərindən

qığılcımlar saçıldı,

qaranlığın yaxası

bir-iki çat açıldı.

Bozardı qatılığı,

çaşdısa da bir anlıq

toxtayıb

            çatlarını

tez sığadı qaranlıq.

Sanki çoxdan nəm çəkib

yumşalmış daş kömürdü;

Qığılcımlar işarcaq

zülmətəcə gömüldü... 

                                         

 

Davamı...

Qaston Başlyar. POETİK AN VƏ METAFİZİK AN

Yazar: Cavanşir @ Noyabr 15, 2008 14:43

Qaston Başlyar 27 iyun 1884-cü ildə anadan olub. Valideynləri ticarətlə məşğul olub. Doğma vətənində kollecdə təhsil alıb. Müharibə başlayır. Səfərbərlik. Cəbhədə döyüşən hissələrdə olub.

Səfərbərlikdən az əvvəl nikah. Kiçik qızı Suzanna dünyaya gəlir. 1919-cu ildə cəbhədən tərxis edilir.

Riyaziyyat üzrə bakalavr təhsili.

Müharibədən sonra Bar-sur Aud-da on il kimya və fizika professoru kimi çalışıb. Bu illər ərzində fəlsəfə doktoru təhsilini başa vurur.

Əvvəlcə Dijon, sonra Sorbon fakültəsində professor kimi çalışır.

1962-cı ildə Parisdə vəfat edib. 

Onun dövründə bir sıra elmi yeniliklər baş verir… Hersin əsərləri (elektromaqnit dalğalarının kəşfi - 1886); Rentgen (rayon X - 1895); Pyer və Mari Küri(radium - 1898); Eynşteyn (Nisbilik nəzərəiyyəsi - 1905); Ruterford (atomun süni parçalanması - 1918); Lui dö Brojil (dalğa mexanikası - 1923); Heysenberq (kvant mexanikası - 1924)....

 I 

Poeziya – ani metafizikadır. Yığcam şeirdə poeziya hər şeyi bir anda ifadə etməlidir -  dünyanı necə görməsini və insan qəlbinin sirlərini, şəxsiyyəti və predmeti. Poeziya zamanının dalına düşdükcə, süründükcə həmişə həyatdan kiçik olacaq, həmişə kiçiləcək;  yalnız həyatı dayandırmaqla və yalnız sevinclə əzabın ani dialektikasını yaşamaqla, poeziya həyatı ötüb keçə bilər. Buna uyğun olaraq, o, hətta rabitəsiz şeylərin “bitişdiyi” halda da sinxronizmin təcəssümüdür.

Bashlyar 

 Digər metafizik təcrübələr sonsuz girişlərdən təşkil olunsa da, preambula, prinsiplər, metod və sübutlar poeziyaya yaddır.  O, şübhəni belə rədd edir. Ehtiyac duyduğu yeganə şey sükutdur, sakitliyin prelyudiyasıdır. Buna görə də o, hər şeydən qabaq, sözün tərk-silah edilməsinə çalışır, bununla da prozanı və oxucunun ürəyində uzaqdan-uzağa olsa da hər hansı bu kimi fikrə və ya səsə işarəni susmağa məcbur edir.

Davamı...


  Yazılar cəmi: 154    Sonrakı səhifə »