Sənsiz, sevgisiz...
Görmək istəyirəm gözlərini,
Dinləmək istəyirəm sözlərini,
Üz-üzə,
Nəfəs-nəfəsə dayanıb
Duymaq istəyirəm
Yumşaq dodaqlarının arasından
Xəfifcə uçuşan təbəssümlərini.
Sənə içdən sarılmaq,
Şip-şirin busələrini dadmaq
Könlüm elə arzular ki…
Fəqət nədən
Içimdə qaynayan bu duyğular
Buz dolabıtək soyuq
Ağlım tərəfindən
Gömülür buzlaqlara,
Yenə qalıram tək-tənha,
Sənsiz,
Sevgisiz…

A.Uğur Olgardan 2 şeir
A.Uğur Olgar - şair, həm də "Andız" jurnalının redaktorudur. O, cismən Türkiyədə yaşasa da, ruhən həmişə bizimlə - Azərbaycan və azərbaycanlılarladır. Onun mənə göndərdiyi şeirlərdən ikisini diqqətinizə təqdim edirəm.
KAMELYA
ah, bir qamelya qapandı özüne
demeli ki axşam çatdı yene.
ruhum gece fırtınalarına açıq bir liman
mendireyinde feneri olmayan..
**
neçe gemi çarpacaq o könül qayalıqlarına
neçe min qağayı qanad çırpacaq qaranlığa doğru
neçe yaralı söz batacaq kim bilir
şeirlerini yaza yaza
**
sen gecenin qızı
sehere hesret qalan göyün nazlı ulduzu
bütün aylar ışığını senden alır unutma
bütün ulduzlar senin etrafında pervane
**
ah tez gelse seher
güneş tez düşse üşümüş yarpaqlarına
açsan gül dodaqlarını yeni doğulan heyata
gülüşlerin isitse torpağa qarışmış ruhumu
**
sonra alim qasımov
bir mahnı pıçıldasa qulayıma
**
Fantanlar bağına vaxtsız axşamlar çatmadan..

Alleqoriya
Ürəyimdə gizlətdiyim sirrimi
Açdım coşqun küləyə,
Külək uçdu uzaqlara,
Sirrimi özüylə apardı.
Rahat nəfəs aldım,
Küləkdən etibarlı dost yoxdur, düşündüm.
Səhər eşitdim ağacların pıçıltısını –
Yarpaqlar tənbəl-tənbəl tərpəşərək,
Sirrimi dedi-qodu edirlər.
Ah, vəfasız külək...
Sən də mi üzüdönük çıxdın?
Nədən sirrimdən agah etdin ağacları...
Nədən...

2009 - YENİ İL
Gözümü açıb-yumunca, bir də gördüm 2008-ci il artıq bitmək üzrədir. Sanki dünən 2008-ci ilə qədəm qoymuşdum, amma indi onu yola salıram. Hər il belə olur - ayrılmaq istəmirəm sevgili-ağrılı, asan-çətin, təmkinli-dəlisov günlərimdən. Yaşlanmaq da istəmirəm. Zahirən dəyişsək də, ürəyimiz, duyğularımız həmindir, çünki insanı yaşadan onun içindəki həmişəcavan ruhudur. İllər keçdikcə, biz müdrikləşir, əvvəllər bağışlaya bilmədiyimiz səhvlərə göz yummağa başlayırıq. Bu dünyada kim mükəmməldir ki... Gəlin, hər anımızın qədrini bilək, və sevinək - biz hələ həyatdayıq...
Deyəsən, axı mən Yeni ili təbrik etmək istəyirdim... 
Hə, dostlar, türklər demişkən, GEDƏNƏ - ƏLVİDA, GƏLƏNƏ - MERHABA!
QOY YENİ 2009-CU İL HAMİ ÜÇÜN UĞURLU OLSUN!

31 DEKABR - HƏMRƏYLİK GÜNÜ
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİ İLƏ HAMINIZI TƏBRİK EDİRƏM.
AZƏRBAYCANLI OLDUĞUMUZU YALNIZ İLİN SON GÜNÜNDƏ DEYİL, HƏR GÜN XATIRLAYAQ VƏ BİR-BİRİMİZƏ DAHA YAXIN OLMAĞA CALIŞAQ, MADDİ OLMASA DA, MƏNƏVİ CƏHƏTDƏN DƏSTƏKLƏYƏK
BƏZƏN ADİ BİR TƏSƏLLİ DƏ XARİQƏLƏR YARADIR...
UNUTMAYAQ - DƏRDİ BÖLÜŞƏNDƏ, O AZALIR, SEVİNCİ BÖLÜŞƏNDƏ İSƏ - ARTIR.
BİR İNSANI XOŞBƏXT ETMƏK O QƏDƏR DƏ ÇƏTİN DEYİL, SADƏCƏ ONUN GÖZLƏRİNƏ BAXIB ƏLLƏRİNDƏN TUTARAQ PIÇILDAMAQ YETƏR: "NƏ YAXŞI Kİ, SƏN VARSAN..."
URƏYİNİZİN İSTİSİNİ YAXINLARINIZDAN ƏSİRGƏMƏYİN...

Natiq GÜLƏHMƏDOĞLU. Mənəvi repressiya
Bizimyol.az
27 dekabr 2008
İndi istəməsin, həmişə deyərdi ki, Natiq, sənin xətrini çox istəyirəm. And içə bilərəm ki, eyni hisslər mənə də yad deyildi. Biz onla çox yaxın sayılmazdıq, uzağı 3 dəfə bir süfrədə çörək yemişik. Bizim təmaslarımız qəzetlər, jurnallar üzərindən olardı.
O, mənim yazdıqlarımı bəyənməsə də, mən onun istisnasız bütün hekayələrini oxuyurdum, zövq alırdım. Nə yaxşı belə istedadlı və mövqeli ziyalı gəncimiz yetişir, deyirdim.
Axırıncı dəfə bir ay olar, Seymur Baycanın yeni “Körpüsalan”lar kitabını münasibəti ilə “Gənclik”də yeyib içirdik. Kədərliydi, tez-tez kövrəldiyindən danışdı. Hələ oxumağa macal tapmasa da elə bil “Körpüsalan”ınlardakı depressiya onun canına hopmuşdu.
Cahit Sidqi Tarancıdan daha bir şeir
35 yaşın şiiri
Yaş otuz beş! yolun yarısı eder.
Dante gibi ortasındayız ömrün.
Delikanlı çağımızdaki cevher,
Yalvarmak, yakarmak nafile bugün,
Gözünün yaşına bakmadan gider.
Şakaklarıma kar mı yağdı ne var?
Benim mi Allahım bu çizgili yüz?
Ya gözler altındaki mor halkalar?
Neden böyle düşman görünürsünüz,
Yıllar yılı dost bildiğim aynalar?
Zamanla nasıl değişiyor insan!
Hangi resmime baksam ben değilim.
Nerde o günler, o şevk, o heyecan?
Bu güler yüzlü adam ben değilim;
Yalandır kaygısız olduğum yalan.
Hayal meyal şeylerden ilk aşkımız;
Hatırası bile yabancı gelir.
Hayata beraber başladığımız,
Dostlarla da yollar ayrıldı bir bir;
Gittikçe artıyor yalnızlığımız.
Gökyüzünün başka rengi de varmış!
Geç farkettim taşın sert olduğunu.
Su insanı boğar, ateş yakarmış!
Her doğan günün bir dert olduğunu,
İnsan bu yaşa gelince anlarmış.
Ayva sarı nar kırmızı sonbahar!
Her yıl biraz daha benimsediğim.
Ne dönüp duruyor havada kuşlar?
Nerden çıktı bu cenaze? ölen kim?
Bu kaçıncı bahçe gördüm tarumar?
Neylersin ölüm herkesin başında.
Uyudun uyanamadın olacak.
Kimbilir nerde, nasıl, kaç yaşında?
Bir namazlık saltanatın olacak,
Taht misali o musalla tashinda
şeirin tərcüməsi davamında...
"Ədəbiyyat" qəzeti yazir
(N 48, 19.12.2008):
· Azərbaycan Yazıçılar Birliyinin İstanbul bölməsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Bölmənin sədri şair-ədəbiyyatşünas İrfan Ciftçi təyin edilmişdir.
· Gənc nasir Şərif Ağayar AYB-nə yenidən bərpa olunması barədə xahiş ərizəsi ilə müraciət etdikdən sonra AYB üzvlüyünə qəbul edilmişdir.
P.S. Demək, Şərifin kövrək ürəyini qırmaq istəməyən xalq yazarları onun ricasını rədd etməyiblər. Şərif öz seçimini etdi. Görəsən, o, hansı amallara rəğmən bu addımı atıb?
Cahit Sidqi Tarancı. Desəm ki
Türk şairi Cahit Sidqi Tarancı 1910-cu ildə Diyarbakırda, Türkiyədə anadan olub. Əsil adı Hüseyn Cahitdir. O, Qalatasaray liseyini bitirəndən sonra təhsilinə Fransada davam etmiş, fransız dilini mükəmməl öyrənərək, Bodler, Rembo və Mallarmenin şeirləri ilə yaxından taniş olmuşdur. 19 yaşından şeir yazmağa başlamış, "Sənət sənət üçündür" prinsipinə sadiq qalmışdır. Tarancı hesab edirdi ki, şeir - sözlərlə gözəl şəkillər yaratmaq sənətidir. Şairin sadə yazı tərzi var. O, dərin məcazlardan, xəyali poetizmlərdən qaçmış, adi sadə dillə sevgidən və ölümdən melanxolik şeirlər yazmışdır. Kitabları: "Ömrümdə sükut" (1933), "35 yaş" (1946), "Sonrası" (1957) və s. 1953-cü ildə ağır xəstələnən Tarancı 1956-cü ildə Avropaya müalicəyə getmiş, fəqət sağalmamışdır. Həmin il şair Vyanada vəfat etmişdir.
C.S.Tarancının "Desəm ki" şeirini diqqətinizə təqdim edirəm. Şeir Yakup icik-in http://www.patolojiksairler.tr.gg/ saytından götürülüb.
Desem ki
Desem ki vakitlerden bir nisan aksamidir
Ruzgarlarin en ferahlaticisi senden esiyor
Sende seyrediyorum denizlerin en mavisini
Ormanlarin en kuytusunu sende gezmekteyim
Senden kopardim ciceklerin en solmazini
Topraklarin en bereketlisini sende surdum
Sende tattim yemislerin cumlesini.
Desem ki sen benim icin,
Hava kadar lazim,ekmek kadar mubarek
Su gibi aziz bir seysin
Nimettensin,nimettensin!
Desem ki...
Inan bana sevgilim inan.
Evimde senliksin,bahcemde bahar;
Ve soframda en eski sarap.
Ben sende yasiyorum,
Sen bende hukum surmektesin.
Birak ben soyliyeyim guzelligini,
Ruzgarlarla,nehirlerle,kuslarla beraber.
Gunlerden sonra bir gun
Sayet sesimi farkedemezsen,
Ruzgarlarin,nehirlerin,kuslarin sesinden
Bil ki olmusum.
Fakat yine uzulme,musterih ol;
Kabirde boceklere ezberletirim guzelligini,
Ve neden sonra,
Tekrar duydugun gun sesimi gokkubbede,
Hatirla ki mahser gunudur,
Ortaliga dusmusum seni ariyorum.
Şeirin tərcüməsi davamında...
Qızcığaz
Yay gələndə, nədənsə
Çevrilirəm qızcığaza,
Kiçilirəm,
Oluram bapbalaca.
Ayağımda yüngül səndəl
Ora-bura hoppanıram,
Kəpənəkləri,
Havada uçan ləçəkləri,
Məndən budaqlarda gizlənən
Parabüzənləri
Qaçıb tuturam gülə-gülə.
Baxıram gölməçədəki əksimə,
Vururam əlimlə su güzgüsünə,
Əksim parçalanır yüz mənə,
Su sıçrayır üzümə,
Günəş damlalarla birgə üstümə qonur,
Basır ağuşuna məni,
Aparmaq istəyir özüylə
Səmanın ənginliyinə...
Yay qurtardı.
Yenə də böyüdüm,
Ciddiləşdim, sərtləşdim,
Fəqət hərdən
O qızcığaz şıltaq-şıltaq
Boylanır içimdən...



