1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində erməni-assuri silahlı birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırım aktının canlı şahidinin xatirələri nəşr olunub
Urmiyadakı «Yaz» nəşriyyatı «Qərib şəhərin hönkürtüləri» başlığı ilə Qulam xan Hişmətin xatirələrini kitab halında çap edib. 232 səhifəlik bu kitab Birinci Dünya Müharibəsi illərində Urmiya ətrafında baş vermiş «Cilovluq» faciəsini (erməni-assuri silahlı dəstələrinin o vaxt Urmiya-Salmas-Xoy bölgəsində həyata keçirdiyi kütləvi qırğın Güneydə belə adlandırılır – M.M.) və ondan sonra şəkak kürd tayfasının başçısı İsmayıl Simkonun (Simitkonun) törətdiyi hadisələri əks etdirən mötəbər tarixi mənbədir.
Qulam xan Urmiyanın mülkədarlarından biri olmuş və 1954-cü ildə dünyasını dəyişmişdir. Hal-hazırda Urmiya bazarının bir hissəsi onun adı ilə «Qulam xan rastası» kimi məşhurdur. Onun xatirələri oğlu Firuz Hişmət tərəfindən illərlə qorunub saxlanmış və nəhayət, çap olunmaq üçün «Yaz» nəşriyyatına təqdim edilmişdir.
Davamı...
Baxış sayı: 26
Açar sözlər:
Biz tarladan, yeldən, ormandan böyümüşük,
Ovalarla, dənizlərlə, dağlarla bir.
Tutmuş əllərimiz, yürümüş ayaqlarımız
Güneydən quzeyə, doğudan batıya –
Türk olmaq çalışmaq deməkdir.
Davamı...
Baxış sayı: 38
Açar sözlər:
Təxminən iki ay yarım bundan əvvəl "Təbriz gecəsi" adlı bir tədbirə dəvət olunmuşdum. Tədbiri Dünya Azərbaycanlıları Konqresinin iki qolundan biri təşkil eləmişdi. Vətənimizi ikiyə bölən Arazdan, həsrətdən, ayrılıqdan yanıqlı şeirlər, mahnılar səsləndi.
Amma iş burasındadı ki, "Dünya Azərbaycanlıları Konqresi" adlı təşkilatın özü də bu gün ikiyə bölünübsə və hər qoluna da bir əziz dostumuz rəhbərlik eləyirsə, deməli, o çat, o Araz bizim çölümüzdən yox, içimizdən keçir.
Bir də ki, "dünya azərbaycanlıları" ifadəsi nə deməkdir? "Dünya amerikalıları", "dünya ingilisləri", "dünya fransızları", "dünya almanları" da varmı? Təbii ki, yoxdur. Çünki dünya özü amerikalıların, ingilislərin, fransızların, almanlarındı.
"Dünya azərbaycanlıları" əslində yerindən-yurdundan didərgin düşmüş, dünyaya səpələnmiş azərbaycanlılar deməkdi. O taylı-bu taylı, siyasi və ya maddi səbəblər üzündən vətəni qürbətə dəyişənlərimizin sayı indi milyonlarladı. Türk şairi Kəmaləddin Kamunun məşhur misraları yadıma düşür:
Nə arzum, nə əməlim,
Yaralanmış bir eləm,
Mən qürbətdə deyiləm,
Qürbət mənim içimdə...
Görəsən, "içində qürbəti gəzdirə-gəzdirə" doğma vətəndə özünü qərib kimi, yad kimi hiss eləyib yaşayanlarımızın sayı nə qədərdi?!..
Davamı...
Baxış sayı: 42
Açar sözlər:
«Azərbaycan xalqı… heç vaxt fars zülmü altında inləməsinə, fars dilinin İrandakı digər xalqların dilləri üzərində ağalığına icazə verməyəcəkdir»
1945-ci il azər ayının 21-də (dekabrın 12-də) Güney Azərbaycanda milli-demokratik hərəkatın qələbəsi digər önəmli cəhətləri ilə yanaşı, həm də İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin öz varlığını dünyaya bəyan etməsi, özünün haqq səsini beynəlxalq ictimaiyyətə çatdırması üçün bir fürsət idi. Bu fürsəti gözəl dəyərləndirən xalqımızın dahi oğlu Seyid Cəfər Pişəvəri hərəkatın qələbəsindən az sonra – 1946-cı il yanvarın 28-də Azərbaycan Milli Hökumətinin rəhbəri olaraq, xüsusi məktubla Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə müraciət etmişdi. Müraciətin tarixi dəyərini və günümüz üçün aktuallığını nəzərə alaraq, onun mətnini sizə təqdim edirik.
AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN RƏHBƏRİ SEYİD CƏFƏR PİŞƏVƏRİNİN BMT BAŞ MƏCLİSİNƏ MÜRACİƏTİ
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir.
İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən şəhər və kəndləri dağılmaq həddinə gəlib çatdı.
Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdilər.
Buna baxmayaraq, Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri olmuşlar.
Davamı...
Baxış sayı: 35
Açar sözlər:
İRANDA AZƏRBAYCANLI SIYASI MƏHBUSLARI MÜDAFIƏ ASSOASIASIYASININ (ADAPP) AYLIQ HESABATI – NOYABR 2008-CI IL
Kərəc və Tehran şəhərlərində tutulmuş mədəni fəalların son durumu
Son aylar İranda azərbaycanlı mədəni fəallar və tələbələrlə rəftar narahatlıq doğuracaq səviyyədə pisləşməkdədir. Fəallar özbaşına həbs olunur, məhkəməsiz, ittihamsız, vəkil tutmaq icazəsi olmadan və görüş haqqı verilmədən işgəncə və digər zorakılıq təhlükələri ilə üz-üzə qalırlar.
Noyabrın 9-da Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, müvəqqəti həbs edilən Tehrandakı «Pəyami-nur» universiteti hüquq fakültəsinin bakalavr pilləsinin tələbəsi Haşım Bərzgər 21 gün həbsdə saxlandıqdan sonra noyabrın 30-da girov müqabilində Evin zindanından azadlığa buraxılmışdır. Həbs edildikdən sonra o, Evin zindanının Təhlükəsizlik Nazirliyinin nəzarətində olan 209-cu korpusunda təkadamlıq kameraya yerləşdirilmiş və yalnız noyabrın 28-də cümə günü, azadlığa buraxılmasından iki gün əvvəl həmin zindandakı ümumi kameraya köçürülmüşdür. Bərzgəri bu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qalmış, ona ailəsi ilə əlaqə saxlamaq və vəkil tutmaq icazəsi verilməmişdir. Eyni zamanda bu mədəni fəalın həbsindən sonra ailəsi məhkəmə və təhlükəsizlik orqanlarına onun tutulmasının səbəbi və saxlandığı yer barədə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Üstəlik, Haşım Bərzgərin həyat yoldaşı Sevil xanım Əsədullahi noyabrın 17-də təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnmişdir ki, ərinin vəziyyəti ilə maraqlanmaqda davam etsə və bu barədə məlumat yaysa, onun barəsində ölçü götürüləcəkdir.
Davamı...
Baxış sayı: 45
Açar sözlər:
BİR GÜNEYLİ SOYDAŞIMIZIN İŞĞALÇI ÖLKƏDƏ GÖRÜB-EŞİTDİKLƏRİ
Bu ilin aban (oktyabr-noyabr) ayında xidməti ezamiyyətlə iki həftəliyə Ermənistana yollandıq. Biz İrəvandakı «Hrazdan» otelində qalırdıq, amma hər gün Ermənistanın 60 kilometr uzunluğu olan yeganə magistral yolu ilə Göyçə gölünə gedirdik. Gölün ətrafındakı ən mühüm yaşayış məntəqələri Sevan, Qavar, Martuni, Vardenis (Basarkeçər) və əsasən gölün cənubunda yerləşən bir neçə kiçik kənddən ibarətdir. Gölə irili-xırdalı 28 çay tökülür və ondan Hrazdan adlı bir çay çıxır; həmin çay Hrazdan və İrəvan şəhərlərindən keçərək, Araz çayına tökülür.
Ermənistan…
Azərbaycan torpağının 22%-ni işğal edən və 1 milyondan artıq müsəlman azərbaycanlını qaçqın salan bu qəsbkar düşmən bir gecəlik çörəyə möhtacdır! İllik gəliri Azərbaycanın gəlirinin 1/10-dən də az olan Ermənistan 18 ildir ki, Azərbaycan torpaqlarını işğalda saxlayır…
və ermənilər…
Geoloji araşdırmalar üçün nümunələrin götürülməsi məqsədilə həyata keçirilən bu ezamiyyət dövründə bizi müşayiət edən Ermənistan Elmlər Akademiyasının alimləri Ermənistanın İran, Türkiyə, Azərbaycan və s. ölkələrlə münasibətləri barədə mübahisələrdə öz həqiqi mahiyyətlərini (fitri daşnak olmalarını) göstərirdilər. Bu erməni ziyalılarının hamısı (!) təkcə Dağlıq Qarabağı deyil, ona daxil olmayan, lakin işğal etdikləri yeddi Azərbaycan rayonunu (Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Kəlbəcər) da Ermənistanın ayrılmaz hissəsi sayırdılar. «İndiyədək Ermənistandan başqa bütün dövlətlərin Qarabağı Ermənistan torpağı bilmədiyi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir şəraitdə bu işğalın davam etməsi necə mümkün olacaq?» - sualına onların hamısı istisnasız olaraq, belə cavab verirdi: «Dünya ölkələrinin bu məsələyə necə baxdığının qətiyyən əhəmiyyəti yoxdur. Mühüm olan budur ki, əhali (işğalçı ermənilər) Qarabağda normal həyat sürür və Qarabağı Ermənistanın bir parçası bilir».
Davamı...
Baxış sayı: 123
Açar sözlər:
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP)
H E S A B A T I
Tehranda iftar mərasimində tutulmuş azərbaycanlı mədəni fəalların durumu
Noyabrın 8-də azərbaycanlı fəallardan dördü – nəşri dayandırılmış «Dilmac» dərgisinin baş redaktoru Əlirza Sərrafi, «Varlıq» jurnalının əməkdaşı, yazıçı Həsən Raşidi, «Yaşmaq» ədəbi dərgisinin baş yazarı Səid Məhəmmədi (Muğanlı) və mədəni fəal Mehdi Nəimi 50 milyon tümənlik ağır girov müqabilində Evin zindanından azad edilmişlər.
Bununla belə həmin azərbaycanlı hüquq fəalları «milli təhlükəsizlik əleyhinə toplaşma və əlbirlik» ittihamı ilə məhkəmə istintaqı altındadırlar.
Adı çəkilən şəxslər azadlığa çıxdıqdan sonra bildirmişlər ki, bütün həbs müddətində onlar etiraflarda bulunmaq üçün təzyiqlərə məruz qalmış və dindirmələr onlara elan edilən ittiham ətrafında aparılmamışdır.
Onlar demək olar ki, bütün həbs müddətini Evin zindanının Təhlükəsizlik Nazirliyi tərəfindən idarə edilən 209-cu korpusunda təkadamlıq kameralarda saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Həbsdə olduqları dövrdə onlara vəkil tutmağa icazə verilməmiş və onlar bir aydan da artıq müddətdə ailə üzvləri ilə görüşdən məhrum edilmişlər.
Davamı...
Baxış sayı: 57
Açar sözlər:
Yayılan xəbərlərə görə, noyabrın 9-da, bazar günü Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri, jurnalist və qadın hüquqları uğrunda mübariz Şahnaz xanım Qulami Təbrizin Qarağac məhəlləsindəki şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Şahnaz xanımın qardaşının verdiyi bilgiyə əsasən, rejim məmurları bazar günü gecə jurnalistin mənzilinə gəlmiş və evdə axtarışdan sonra onu naməlum istiqamətə aparmışlar. Axtarış zamanı Şahnaz xanıma məxsus kitablar və qeyd dəftərçələri müsadirə olunaraq götürülmüşdür. İndiyədək Şahnaz xanıma vəkili və ailəsi ilə əlaqə saxlamaq imkanı verilməmişdir.
Davamı...
Baxış sayı: 78
Açar sözlər:
Dağlar darıxıb, bitmədədir səbrü qərarı,
Getmişdi başından o keçən şanü vüqarı.
Yoxdur nə Koroğlu bağıra əldə qılıncı,
Dirçəldə yenə çənli olan belləri barı.
Qan ağlayır illərdi bu sultan Savalan da,
“Babək!” deyə səslir ətəyində qalaları.
Çıx lap qocaman dağlara, od yurduna bir bax,
Odlar köz olub, köz də gedir sönməyə sarı.
Davamı...
Baxış sayı: 62
Açar sözlər:
Qulamrza Əmaninin və onun qardaşları Cəfər və Kərim Əmanilərin ölümü ilə əlaqədar ADAPP-ın başsağlığı
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adından mən, Qulamrza Əmaninin və onun iki qardaşı Cəfər və Kərim Əmanilərin 24 oktyabr 2008-ci il tarixində səhər çağı İran Azərbaycanında həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Əmani Azərbaycan milli fəallarının yeni nəslinə mənsub bənzərsiz bir fəal idi ki, çoxillik məhbusluğu dövründə inanılmaz çətinliklərə və işgəncələrə məruz qalmış, amma bütün bunlara baxmayaraq, öz fəaliyyətini davam etdirmişdi. Onun yorulmaz çalışmaları daha gənc nəsildən olan bir çoxlarını milli, mədəni və insani haqlar uğrunda dinc mübarizəyə ruhlandırmışdı.
Qulamrza Əmani 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsindən kənd təsərrüfatı sahəsində bakalavr dərəcəsi almışdı. Hökumət heç vaxt ona öz ixtisası üzrə işləmək imkanı verməmişdi, odur ki, o bütün vaxtını və səyini Azərbaycanlıların və İrandakı digər qeyri-fars azlıqların dil, mədəni və insani hüquqlarının müdafiəsinə sərf etmişdi. Öz fəliyyətinə görə o, dəfələrlə tutulmuş və 5 ildən də artıq bir müddətdə həbsxanada saxlanmışdı. Hörmətli bir fəal, ictimai natiq və yığıncaqların təşkilatçısı olaraq, o hər şeyə dözdü, amma heç vaxt təslim olmadı.
Davamı...
Baxış sayı: 65
Açar sözlər:
Yazılar cəmi: 132
Sonrakı səhifə »