Reklam verin!
 sətirlərin maviliyində :

RSS: Yazılar



ey insan !

Yanvar 2, 2009 15:31, Bölməsiz, arastu, Şərhlər(0)

 

 

 Bir axşam ,

" azadlıq praspekti "ndən az oyanlıq ,

" koral "barı önündə

   gözüm bir alagöz qəhbiyə* düşdü

    yaşını soruşdum : " 14 " dedi  !

  sındı qol qanadım yanıma düşdü ... 

* bu kelmenin mecburen burada işlenmesiüçün hörmetli oxuculardan üzür dileyirem!

 
Baxış sayı: 8
Açar sözlər:
Bookmark and Share

...

Dekabr 17, 2008 22:45, Bölməsiz, arastu, Şərhlər(0)

 

  Qızınıram

                  sönük bir ocağa,

  üşüyürəm qızındıqca

    titrək əllərim

                      ölür məndən öncə ,

   məndə bu varlığınam

               bitmiş köküm köhüllərdə artıq

                daş süngülərin ağzına verin məni

    bir az ocaqlarıma od

    və qaytarın mənə çılpaqlığımı

    başmaqlar məni yolumdan qoyur ,

    yalın ayaqlarımı mənə verin

      utanıram ağaclardan

      torpaq baxışında nifrətə dözə bilmirəm

                                   məni qaytarın köhüllərə

       alınmır , saxta varlığım anlaşılmır ,

        səmavi ola bilmirəm

        məni yerə qaytarın !

 
Baxış sayı: 14
Açar sözlər:
Bookmark and Share

Boşalmış dayanacaqlr

Dekabr 10, 2008 22:26, Bölməsiz, arastu, Şərhlər(0)

Geriyə dönür bir anda belə baxmaq istəmirəm . geridə yadimdan çıxarılmışları belə birdə yenilətmək istəmirəm . bu nostalji onca dağıdıcıdır kı , bir anlıq yad etməyi belə qorxudur duyğularımı . yaxın yaxud uzaq keçmiş, tamam nakam! Nə bir mahnı nə şeir . bilmirəm ! ancaq neyləçək olar ! hər payızın bu soyuq sonları bütün sakitliyimə toxunur və surukləyir məni ən uçurumlu tutqunluqlara doğru .ruhumu bütün son nəfəslərin dönməz dəhşətləri sarır . geriyə dönür baxmaq istəməsəmdə , mənim dağınıqlığım tarixin lal yarpaqlarını birər – birər çevirir və dağılır qırmızı sətirlərinə . onlar kimləridilər ? bu gecikmiş sorğu dayima içimdə fırtılaşan bir səsə necədə ağırlıq eləyir və zəhərli söngü kimi səssizcəsinə ötür varlığımdan . onları tanımasamda , sanıram dolanbadolan küçələrdə və daşşənəkli alanlarda yenilik partlayışlı səslərinə taniğam və öylədir ki elə bil ruhlarının çılpaqlığını görürəm .titrək olsaydıda bu körpülər ! yatmaz dalğaların üzərindən keçirəcəkdir mavi qatarı . ancaq nə yazıq ki dayanacaqlar boşalmışdı hər bir çırprntıdan və itmişdi doğma hayatın çılğın nəğmələri ! indi sakitliyimə toxunsalarda bu payızlar , hər an yad edirkən o gözəlliyə açılan səhərləri , azacıq olsalar belə ağır qaranlıqda bir sayrışan işıq olurlar yollarıma və təpər olurlar düşüncələrimə .belə dir ki hər il məğrurcasına o itirilmiş şəhərin bütün xiyabanlarını ayağımdan keçirirəm ürəyimi taxır bir budaq qərənfil üzərinə buraxıram o keçici xoşbəxtliyin itmiş dərvazəsinə və baş əyirəm daşqalaq olmuş məktəblərinin qarşısında . geridı yadımdan çıxarılmışları yadıma salmaq necə ağır olsada , azı , kanservatoriyaya dəyən bütün qurşunlarını köksimə basmaq istəyirəm , piyanolarına dəyməsin və mahnıları sınmasın deyə ! 
Baxış sayı: 12
Açar sözlər:
Bookmark and Share

...

Dekabr 4, 2008 23:48, Bölməsiz, arastu, Şərhlər(0)

 ...

açar satan

               saat satan

                            paltovsuz , potunsuz

                                                          qaraçı qadın !

buzlaq şəhərin

bansız qaldırımında

                              sən heç !

                                      körpənə qoşulub üşüyürəm    !

 
Baxış sayı: 0
Açar sözlər:
Bookmark and Share

qumlaqda

Noyabr 12, 2008 14:14, Bölməsiz, arastu, Şərhlər(0)

 

 ... Burada ,

               saçlar küləyə verilməz ,

                      islanmaz yağmura

                      və dəniz

                      səni öpəməz heç!

 sən bizim elə açıqca yad ,

   elə ki narım -

                 dözəməzsən !

                  bu dəmir şəhərdə ,

                  mavi ruhlar

 ağır - ağır paltarlar içrə

 və günlər sankı bir ovuc qum ,

                                   savrulur qumlaqda !

  hər şey yad sənə ,

                       hər şey uzaq ,

                        narım !

                        qaytara bilərmisən uçaq biletini !

 
Baxış sayı: 31
Açar sözlər:
Bookmark and Share

Bu yazqımız deyil

Oktyabr 30, 2008 0:23, Bölməsiz, arastu, Şərhlər(0)

mor boyalı səs gəlir ,

təpinmədən tətiyə

qurşunlar çölə çırpınır çıxmağa.

səs gəlir,

mor boyalı səslər ...

Marş çalınır , birləşir saatlar . qayıtmağa cığırda yox belə ! çörək arxasınca  və su götürməyə irəliQarşıda yaşıl ulduz dayanacağında gözləyənim var . əllərində itgin yolların adı və bir yazı kı küçəsi ballı şəhərlərə bağırar heykəllərin sınmazlığından oxuyur !Aman evlin !Nələr söyləyir yollara bu narıncı koftanın !Ruhuna dolarkən çəkdiyin rəsmlər,Və arxasında cızarkən qonur cizgilə yazdığın kı : bu yazqımız deyil , biz marş çalırıq , saatlarınızı birləşdirin ...Üç ulduz var saçlarında evlin . bizə nələr danışacaq onlar ; qurd qıran çovğun ,ıslaq urman və buzlaq yollardanmı !Mor boyalı səs gəlir uzaqdan Qamçılayır şafaqsız ucqarları burulqan hava və tənha şabalıd dinməzcə dovurur üstən donmuş ırmaqları !Sənin səssizliyindir məni oyadan evlin !

 

 
Baxış sayı: 32
Açar sözlər:
Bookmark and Share

Səsimi eşidmirsənsə

Oktyabr 21, 2008 0:43, Bölməsiz, arastu, Şərhlər(0)

Sərər masama qaralanmağa nə düşlər və uçurar topa – topa süd yolunadək nə başlar məndən bu sevda . anıları unudulmasın , spaniyolca oxuduğun şerlər və duzlu- duzlu , gülə - gülə çevirmələrin bizə o şerləri : batumlarla afişlərin döyüşü və xiyabanları yağarı altına alar yağışların hörüyünə dolaşar enməz əllər ! unudulmasın ! unudulmasın !Ləpirlərin hələdə durur , taxta nərdədə sevdiyin yas yarpaqları və zümzümə etdiyin – ay ışiğında – mahnısı :" gəl gedək bizə , duraq üz – üzə ay ışiğında ..." pəncərəniz sən hər baxarkən oxşardı arxasından gül dolu forğuna baxan qızcığazlı onbeşinci qərinələrin rəsm əsərinə və sən o qız ! buram – buram qoxur xatirəniz hələdə...Son arzuda səlibə (xaça) çəkilsə belə yenə yeri var yarınlara inancların ! çökəməz şehli uzaqlara uzanan cığırların yola düşəni və sınmaz heç bir qurşunla partlaq dodaqları gözlər bulaqların güzgüsü !Spaniyolca oxuduğun mahnılar dimdiyində zeytun budaqları gəzdirən quşlar kimi , qopoamaz qasırğalar əssə belə başımdan və fəryadıma bu qırmızı izlərin təpər olar dayima ! sanma sənlə doğan sevda sənsiz buraxılacaqdır başına ! mən afişlərimizin dəlisiyəm! səsimi eşidmirsənsə əllərimə bax barı , əllərimə bax nəfəslidirlər hələdə nazlım və xətlərində əllərindən xəritələr yazdan yaza körpü – körpü !Qurtuluşuna yetərəm birvaxt və almalarinizdan səbət – səbət içərəm!  anıların unudulmasın , süd yolunadək nə başlar məndən bu sevda uçurar topa – topa və sərər masama qaralanmağa nə uzun – uzun düşlər ... 
Baxış sayı: 40
Açar sözlər:
Bookmark and Share

Göndərilməyən məktub

Oktyabr 9, 2008 0:03, Bölməsiz, arastu, Şərhlər(0)

O günü daş döşənəkli bir küçədə üz – üzə , göz – gözə çarparkən keçdik ürəyimiz qarşısından . buralar deyildi . yaxın bir uzağın küçələrində . məni tanımadın . sən məni tanımadınmı ?! doğrudur tanıya bilməzdində ! axı nə ora darısqal sellol və nə əllərim mor ıdı ! köynəyimdə mil – mil deyildi və üzüm tüklü ! və nədə 1995 .məni daha bənzərim çox olan bu min rəngli şəhərdə necə tanıyacaqdın! Mənidim ,mən , daha düzələn "sınıxmış" üzümlə ! e...h başımı itirmişəm lap !axı mavi kıravatla və tüt boz kot şalvarla bu ılıq yellərin sığalı altında necə tanıyacaqdın məni . bu , üzünə bəzək çəkilmiş , devrilə - devrilə qansız zamanların qalığını !Uzaqlaşmağa sarı , selloldan sellola keçərkən ağrıdan tutduğum barmaqlarımı qaçaraq bağlamaq istədin leçəyinlə, unudmuşdın ki olmaz ! görüş vaxtından az qalır dedilər . məni titrək bir gülmək tutdu , əsəb davalarımı yemədiyimdən! On ilə necə dözəcəkdin. Hələ inansaydında kı mən günahsızam ! zəhrimar çadra qoymadı doyunca görüm səni . incəliyini gözdən itincə görmək istəyirdim ...Sən bir fidan kimi hələ çox gəncidin və qarşıda universitənin ağır testləri vardı . bizi bir yeni dustaq yasası ayırdı : " təkcə birinci aylə üzvləri görüşə gələ bilərlər " …Indi mən dəyişmişəmmi ! yox , yox təkcə içimdə gizlənmişəm ! yenə əllərim mor , ruhum mor və şəhər darısqal selloldur mənə , lap köynəyim mil – mil olmasada !Bu yasadan sonra bir daha , heç vaxt heç bir selloldan sellola keçərkən leçəyini yaşamadım . Eşitdim ki sınırları adlamısan uzaqlaracaq !Bir təhər gəldim !Bu uzaq şəhərdə , sən idinmi o günü qarşıma çıxan ! yoxsa daş fərşli o küçədə , illərcə yaşadığım kabuslardan biridimi ... 
Baxış sayı: 48
Açar sözlər:
Bookmark and Share

Niyə boyanmıram

Oktyabr 1, 2008 0:51, Bölməsiz, arastu, Şərhlər(0)

Çöllər axırlar , ormanlar axırlar , xiyabanlar , utubuslar axırlar , metrolar , insanlar axırlar . dayanmadan unudulur misir feronları , alman nazistləri və topdan öldürücü " insanlar " unudulurlar . yer üzü az qalır uşaq baxçasına dönsün yumuşaq , suçsuz , əyləncəli və südqoxulu ! yollar bitir . görüşlər , öpüşlər çoxalır və oxumaq və bilmək və yaradmaq və sevmək ucalır . hər mövsüm ki keçir axır qələm , axır kağız . daha nə sən və nə mən yanmadan qaranlıqlar aydınlıqlara çıxırlar...Işıq , işıq ! nə səmimidir döyüntülərə arxa çıxan bu sözcük .Qırmızı zamanları arxada qoydıq ! buna ya qalırmı hələ ! mənim sorğularımı cavabsız qoyada bilər uşaqlıq rəsmini gözümdən asdığım qız . ağzında sosqa və əynində sarafon don ! ancaq o sussada mən anlayıram :Üç min ildir toz basıb meyitlərini tanrıçaların və mən heç qorxmadan başmağı vakslı və kot şalvarı ütülü , ağ yaxalı köynəgimlə qahirənin küçələrini gülə - gülə dolaşıram .Zaman axır və bunu bir an belə anlamırdı meyitlərinə əhram hördürən fəraənə . utubuslar axırlar və alman nazistləri yoxdurlar və mən brondenburg dərvazəsindən yoxlanılmadan keçirəm ...Havanı buz kimi içəri ötürmək nə sərin işdir . niyə boyanmıram sevincinə bu yağmurların və sulanmıram .Bu torpaq planetini yarıb uzaqlardan baxmaq yetər . toz danəsidir bunca böyük sandığımız varlıq və bu danə içrə döyünən bir ruhun başqa bir ruha yadlığı yaraşarmı heç !Yer üzü bir uşaq baxçası olmaqda və gecəmiz , gündüzümüz fırlanmac kimi . deyilmi ?! arabalar ,qılınclar , qıladyatorlar , süngülər axmırlar ...

 

 
Baxış sayı: 43
Açar sözlər:
Bookmark and Share

" yenə şairliyim vurdu başıma "! ( Mikayıl müşfiq )

Sentyabr 2, 2008 2:24, Bölməsiz, arastu, Şərhlər(1)

  Belə olsaydı dayima . . .   1  Bağışla deyirdim gəlmə !səndən və bu günlər , fırçalarımdan başqa nəyim var ki ! olmadığın vaxt işlərim bütün , yağışların kölgəsini çəkən bir rəssamın işləri kimi olur ! toru paralanmış o balıqçı kimi , ırmaqları boşuna keçirəm və küləklər peşindəyəm sanki dama , duvara çirpılıram ! bilirəm oxuyan kimi diyəcəksən " yenə şairliyin vurdu başına " ancaq  yox , behruz * demişkən : " yaxşım" ! məni sinirsizliyimə bağışla ! hayatın yolları o qədər tuzaqlı , tutsaqlıdır kı qəfildən başını itirə bilir insan ! və mən buna etiraf edirəm ! 2 . . . sənə ən uğurlu yaradıcılığımı sonaram , yarada bilsəm ! və arzularımı məhv eləyən ən divsifət düşmənimdən keçərəm səninlə olsam . çünki sən barışığın özüsən . necə deyim , yüyrük sevinci və çimərliklərin sərinliyisən, sən ! keşgə bəstələseydim bütün uluslar sevən bir mahnı ! keşgə yaza bilseydim bütün dillərdə şer ! Vaaay duyarkən düşüncəni dünyalılar , kimsə silaha əl atarmıydı yenə ! və kimsə istərmiydi uşaqların donsun yuxusu ! necədə etirazım yersizmiş və necədə yanılmış bu sərsəri başım . mən rəssamam , ürəyim dayima cizgilərimdədir və süd yolunun ulduzları qədər boyalarımın zərrələrindəsən . düz deyirsən yenə şairliyim vurdu başəma ! nə xoşdur belə olsaydı dayima , başımı qızmar sözcüklərə buraxırdım , səni yazsınlar deyə . . .   * behruz siddiq . yalqız ağac dostlığında

 
Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 33    Sonrakı səhifə »