Reklam verin!

almanya şeiri -1

Yazar: şahbazi @ Dekabr 24, 2008 0:20

Almanya Şeiri – 1

 

Əziz Səlami

 

***************

 

ELSE LASKER-SCHÜLER

 

-ELZE LASKER-ŞÜLER-

 

1869-1945

 

Elsenin bir çox şeirləri düşünülüb yazılmış şeirlər deyli, onun ruhunda Birdənbirə, gözlənilmədən baş  qaldıran bir burağandır. Bu burağana Qapılıb gedən şairin vardığı yerlər kimsəyə və onun özünə belə Tanış yerlər deyil. Hər nə ilk olaraq görünür. Sanki nəsnələr öz varlığının ilkindədir. Nə zamanın keçişi, nə insanın baxışı bu qərib və yepyeni biçimləri və boyaları hələ əskitməmişdir. Hər nə, hələ öz sirr və  sehrini qoruyub saxlamaqdadır. Belə bir dünyanın  vurğun yolçusu olan Else, hər addımda, tam yeni bir şeylə qarşılaşır və o şeyin açılmamış sirrinə və  bənzərsiz  gözəlliyinə dalır. Hər  addım, yeni bir şeyi  görmək üçün atılır.

Davamı...

sevgi yolu

Yazar: şahbazi @ Dekabr 6, 2008 0:42

Sevgi yolu

 

H.Qaraçay

  

məni şəraba

məni şahmata

məni şeirə

qonaq çağır”

  

Geçən ay Norvec qəzetlərinin birində İsveçrəylə Norvecin arasında 7,2 Miliyard Norvec Kronunca bir anlaşmaya qol çəkildiyini oxudum. Nobel ödülünü paylayan İsveç, barış üzərinə Nobel ödülünün paylayanı Norveclə, bu boyda bir anlaşmanı nə ədəbiyat nə barış, qırıcı uçaqların ən yeni ən gəlişmişinin isveçrə teknolojisi və norvec bazarının istəiyi üzərinə gerçəkləşdirmişlərdir. Bu “bağırmağı sevməyən gecə şahları”, şairi öldürə də bilər, istər adı norvec olsun, İraq olsun, istər başqa bir ad.

 

    

Davamı...

Azərbaycanın modern şeiri

Yazar: şahbazi @ May 29, 2008 0:43

Azərbaycanın modern şeiri

Hümmət şahbazı 

İlk baxışda modern şeir deyiləndə, onun forma gözəllikləri və bədiliyi gözümüzün önündə canlanır. Bu baxımdan klasik şeirə və onun bütün adət və ənənələrinə qarşı duran şeirə “modern şeir” deyirik.Məzmun baxımından isə, modern şeir ictimayi duruma uyğun olaraq, düşüncə baxımından ədəbiyatımızda böyük dəyişikliklər olur. Bu dövrüdə ədəbiyatımız məzmun baxımından ümumiyətlə inkişaf edir ( Sabir və C. Məmmədquluzadə və ...) amma forma sarıdan o qədər dəyişiklikləri olmadan klasik formaları daşıyır.

Davamı...

Hadi qaraçay

Yazar: şahbazi @ Aprel 20, 2008 23:23

Ersan erel  

Hadi qaraçayın

özgürlük yontusunda qabar çalmış özləmləri 

Bir gün

Danışacaqdınız siz ey sıldırım qayalar

Sümüklərinizdə

Qılınc yarasından bitmiş ardıclardan

....

Hadi qaraçayın “ sonsuzluq” dizgəsi (poeması) geçmişliyə açılan ağrı qapılarından belə boylanır. Qalın ünlü səsli olan  “sıldırım”, “qayalar”, “qılınc”, “ardıclar” kimi dörd  adın qısa başlanğıca yüklənməsi , ağlatının ( trajedinin) savacısı izlənimini yaradır. Kökəncil (mitolojik) coşquyla (lirizmlə) sözlərin səs damarlarına duyğu tellərini belə duyarlı bağlamaq, qoşuqçunun  sözə olan sorumluluğudur. Türk dilinin doğasında olan bu özəlliyi qavrayıb, qoşquda yansıtmaq isə özü bir bacarıq, bir gözəllikdir. Oxucuya düşüncə ilətisi isə götürdüyü böyük daşları qoşuq qalasına yerində işlətməklə çatır. Başlanğıcı belə coşqulu başlayan bu dizgənin soluğançılığa varcağını düşünərkən, qaraçay bacarıqla əyləcə (tormuzu) basır:

davamını buradan oxuyun:

http://www.dusharge.blogfa.com/post-118.aspx

 

Davamı...


  Yazılar cəmi: 4   

Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 129
Ümumi hit: 17424

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites