Reklam verin!

ersan erel

Yazar: şahbazi @ İyun 20, 2008 23:45

Ersan erel

 

Asıldım dilinə

 

Düşüncələrim ərəb saçı

Duyğularım anamın cəhrisinin mili kimi

Əyirdiklərim sağlı sollu bayraqlara

Bəzək olmur nə edim!

Dar boğazlı bilik ilməklərində

Geçmişimin ana damarı boğulu.

Yazlarda çiçəklərin  gülüşünə boğulacaq doğada

Hıçqırığımı bir çoban belə oxumur.

Mən daşda

Mən qayada

Davamı...

hadi qaraçay

Yazar: şahbazi @ İyun 14, 2008 23:40

 Hadi Qaraçay

       

Ök 

  

sən

hansı uçmağın yeyilməz almasısan

hansı xərmənin daraqlanmış buğdası

adın

bütün girilməz qapıların başında durar

və gözlərin

məni unutmağa götürən yolları bağlar...

 

oooy aşıq atan uşaqlar

bir söyləyən ola

niyə aşiqlərin aşıqları ovçu durmaz?

iltifat köçəri

Yazar: şahbazi @ May 25, 2008 22:40

                 iltifat köçəri           

 Bənövşə

 

Niyə bükülmüsən ay gözəl çiçək?

Söylə ki, dərdini biz də, dinləyək

Eşqdə, məhəbbətdə yoxsa mənim tək,

Səndəmi olmusan naşı, bənövşə?

 

Çətindir sevdanın yöndəmi, çəmi,

Zilinə qalxmamış, qırılır bəmi.

Deyəsən tənhasan sən də, mən kimi,

Süzülür gözünün yaşı, bənövşə.

Davamı...

arif kəskin

Yazar: şahbazi @ May 22, 2008 23:52

Arif kəskin

Bu duzlaq ...                  

Bu duzlaqdan altüklü bir dəvə keçir

Yalqız

Susuz

Baxışları qorxu dolu üfüqlərə düyünlənmiş

Ayaqları

Duzlaq qürbətində şırım şırırm

Və könlündə

Gediş hissi çırpınmada

Davamı...

Camal Süreya

Yazar: şahbazi @ May 5, 2008 21:58

Camal Süreya 

BU BIZIMKI

Yixici bir sevgidir bu,
Yixir mill
ə
tin ortasina
ehtiras yükünü.
ِ
lücü bir sevgi,
çör
əyi suyu bِ
ölür
Günd
ə üç övnə
.
xain bir sevgidir bu,
Sizin ev
ə oğru girə
r
Onunkına polis.
Yasadişi bir sevgi,
Evl
ənmə
yi
Heç mi heç düsünmür.
Soyquncu bir sevgidir bu,
ən adi nəğmələrdən
 
Sevincl
ə
r toplayir.
ِ
kü dişarda bir sevgi,
Dante il
ə Beatrice'inkinə

Fen
a  yamsılayır
.
işğalçi bir sevgidir bu,
Samanliq seviş
ə
nin deyir
Başqa şey demir.

 
Qaynaq : unutulmayan şiirler antolojisi, cansever eyüboğlu, s.190 
 

Gecə gedir...

Yazar: şahbazi @ Aprel 8, 2008 21:00

  hümmət şahbazi

Gecə gedir...

gecə gedir

 dalğaların ovcunda yaşayan biz

ürəyimiz göyərmək həvəsində

göyərməyinsə başı kəsilib.

uzun bir yol olduq  ey...!                        

Dilənçi yolçulara.

Diləklərini

Davamı...

hadi qaraçayın kitabları

Yazar: şahbazi @ Mart 21, 2008 0:47

 

"Hadi qaraçay"ın kitablarını  PDF lə oxuyun :  

 

Beçələr banlayanda

Badamlıqlar 

http://www.dusharge.blogfa.com/ 

kitablardan yalnız "düşərgə" veblogını qaynaq

göstərmək şərtilə yararlanmaq olar.

 

norveç şeiri

Yazar: şahbazi @ Mart 12, 2008 23:36

Norveç şeiri  

çevirən : Hadi Qaraçay    

Lindis laabak Rasmussen

lin

05.05.1972.ci ildə   Norvecin Ålesund şəhərində doğulub. Bildiyimcə heləlik şeir kitabı çıxmayıb.şeirlərini dikt.no  sitəsindəndən   götürmüşəm.         ___________________________ 

Henning Howlid Wærp, “Norveç şeiri 2004.cü ildə” adlı yazısının başlanğıcında, Norvecin 70.ci illər ədəbiyatını ütopik,  geniş dəyişimlər güdən və başqa bir toplum üzərinə bir düş, 80.cı illərin şeirini isə dil fəlsəfəsi, minimalism və duyğusallıq kimi dəyərləndirir. Beləliklə də 2004.cü ilin ədəbiyatını yekunlarına baxırkən bu ilin ən adlım şairinin yaradıcılığını 70.ci illərə dönüş kimi görür. 2004.cü ildə basılmış şeir kitablarının araşdırırkən sayca az və necəliklə (keyifiyətcə) gücsüz olduğuna ınanır.  Gənəl olaraq  şeirin, Norveçdəki durumunu başqa avropa ölkələriylə tutuşduranda,  pis durumda olduğunu bildirir.  

davamını buradan oxuyun:   http://dusharge.blogfa.com/post-152.aspx 

 

Davamı...

Casaratsız bülüdlar

Yazar: şahbazi @ Mart 3, 2008 1:07

Casaratsız buludlar

 

     hümmət  şahbazi

  

Yolların qiqacı gözündə

Sorğu suval görünür

Ağacların  nəslını aldadan

Həyatın axımından...

Yağışın çürüməsindən

danışır hamı

buludlar,

Casaratsız  ancaq.

Yellər

Ağlayırdı ölən yarpaqlara

Gecələr,

udurdu kölgələri

Və kölgələr

Yeniləşmədən köhnəlirdi.


« Əvvəlki səhifə   Yazılar cəmi: 24   

Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 155
Ümumi hit: 17450

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites