MEDYA VƏ POSTMODERN TARİX
Hümmət şahbazi
MEDYA VƏ POSTMODERN TARİX
Zənnimcə tarixin işləyi (fonksiya) keçmişə görə, dəyişilməyibdir. Keçmişdə, -ümumiyətcə modern dunyadan öncəni nəzərə aliram– tarix: şahların, sarayların, şahzadələrin və ümumiyətcə iqtidarın acılı şirinli sərgüzəştləriydi. Daha doğrusu, tarixdə yalnız şahlıq və yüksək təbəqəlilik höküm sürürdü və aşağı təbəqələrdən söz edilmirdi. Bu anlayış, modernlik dövrundən buyana, "hegel" və "marks"ın, təbəqə dartışmalarından sonra mahiyətini dəyişdi. Belə ki bu anlayış, keçmişin tam əksinə olaraq bir sürə aşağı təbəqələrin sərgüzəştini aradı. Bu, modern çağın ilk başlanğıcında oldu. Çünki bu zamanda, ən önəmli təbəqə yəni ziyalı təbəqəsi yarandı. Ziyalı təbəqəsi, öz anlayışının əsasını daha doğrusu öz gücünü, iqtidarın əleyhinə çıxışıyla başladı. Bu zaman ziyalılığın təmsilçiləri hegel və marks kimi düşünürlər olur. Ölkəmizdə isə abasqulu bakıxanovdan başlayaraq məşrutə dövru tarixçilərini nəzərdə tutmaq olar. Bu anlayış "pişəvəri" (milli hökumət) dövrundə tam şahlar sarayından ayrılaraq kütlə və sıravi vətəndaş tarixini yazmağa başladı.


