Reklam verin!

dündən bu günə güney azərbaycan(5)

Yazar: şahbazi @ Oktyabr 1, 2008 0:33

  

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (5)

 

Ersan erel

 

  5- Yanlış uyqarlıq bilgiləndirmələri: İndiyə kimi uyğarlığın bir qalıba sığışdırıb,  neçə tümcədə  tanımlanmasını (Tərifini) kimsə  verməmişdir. Acunda en geriyə qalmış toplumlarında bir uyğarlıqları olduğunu bütün toplum bilimciler savunarlar. Uyğarlıqların gəlişmə ölçümlərini, çağa uğun yaşamların yüksək bəlirtilərilə( əlamətlərilə)  dəyərləndirərlər . Ancaq indiyə kimi, kimsədə tərəziyə qoyub uyğarlıqların  ağırlıq, yüngüllük  çəkisini verməmişdir . Bir sözlə uyqarlıqların çəkim daşları gənəl olaraq  aydınlaşdırılmamışdır . Gəlişmiş, gəlişməmiş uyğarlıqların  oladuğunda bütün toplum bilimcilər ortaq düşüncədə olmuşlardır .

Davamı...

dündən bu günə güney azərbaycan(4)

Yazar: şahbazi @ Sentyabr 15, 2008 23:06

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (4)

  

Ersan erel

  

  3-Bilginlərimizin  duyarsızlığı : Aydınlarımızda bir çox  çağdaşları kimi duyarsız olmuş, başqa dillərin yazim egəmənliyinə güc qataraq, günümüz söz savaşlarındə qırımların yanında durmuşlardır. Güney Azerbaycanlıya insanlıq adına qurduğumuz bu qalalardan yersiz olaraq daş atılar. Bu konu çağdaş ulusalçılarımızla farsçılar arasında çox dartışılmağa nədən olmuş, eləcədə olmaqdadır. Farslar onların eləcədə ərəbcə yazan bilginlərimizi, qoçuqçularımızı özələrinə çıxmaqla bizi bacarıqsız bir ulus göstərməyə çalışarlar . Nizaminin

“ pedər bər pedər mər məra Tork bud

 Ze fərzanegi hər yeki qorg bud”

Davamı...

dündən bu günə güney azərbaycan(3)

Yazar: şahbazi @ Sentyabr 2, 2008 23:22

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (3)  

Ersan erel  

GÜNEY AZƏRBAYCANDA ULUSAL GEÇMİŞLİK ANLAYIŞI  

Güney Azerbaycanda ulusal geçmişlik anlayışı, Türk acununu bir çox başqa yerlərindən acınacaqlıdır .Əskidən orada Türk geçmişliyi deyilə bir qavramla,  çox az sayda insanın tanışlığı varıdır . Bu konuyla bağlı bilgili olanlar çeşıtli nədənlərlə susurdular . Ancaq bu konunun önəmli olması, toplum içində olduğu kimi aydınlar içində də sürəkli dartışılırdı . Toplum bu konunu içində yaşadığı üçün, bilincaltı olasada irliyə götürürdü . Bu nədənlə yönətimdə boşluq yaranan kimi öz ulusal istəklərini önə sürür, üstündə dirənirdi .  Güney Azərbaycan Türk toplumunun ulusal anlayışdan uzaq olmasının bir çox nədənləri varıdır .

Davamı...

dündən bu günə güney azərbaycan(2)

Yazar: şahbazi @ Avqust 14, 2008 0:09

 

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (2)

 

Ersan erel

   TÜRK GEÇMİŞLİYİNİN GƏNƏL GÖRÜNÜMÜ GÜNEY AZƏRBAYCANDA   

   

Gənəl Türk geçmişliyi yazımı bu ulusun istər egəmən olduğu, istər olmadığı bölgələrdə iç açıcı deyildir. Burada geçmişə yönəlik ağıt söyləyib, göz yaşı tökmək istəmirəm. Ancaq gedilən yalnış yollara bir daha varmamaq üçün anımsatmağın yararlı olduğuna inanıram.

 

 Bilindiyi kimi Türklər yaşadıqları geçmişliyi özləri yazmamışdılar.Onlarla bağlı yazılanlar- da başdan dibə kimi  qərəzli romanlara bənzərdir. Örnək üçün Rəşidətdinin “ Cameul təvarixinin” adını deyə bilərəm. Oğuz yazqılarıyla seçilən bu yapıtda,Türk ərdəmindən söz edərkən yalnçı kuşkuculuğa dayalı”Allaho ələm”(Tanrı bilir)deyimindən bir çox kəz yararlanmışdır. Türk geçmişliyinin yazımı öz suçumuzdan sonralarda daha acınacaqlı yazılmış, quşaqdan quşağa sunulmuşdur. Sonralarda geçmişçilərimiz özgələrin yazdıqlarının üzünü çıxardıb, bizə yeni geçmışlik kimi sunmuşlardır.

Davamı...

dündən bu günə güney azərbaycan(1)

Yazar: şahbazi @ Avqust 10, 2008 0:23

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN ( 1 )

  

                                                  ÖN SÖZ 

 ersan erel         

Bir ata sözündə deyilir : “Dəli ilə zəngin istədiyini deyə  bilər”. Buda bu kesim insanların   söz qarşısında duyarsızlıqlarının , sorumsuzluqlarının  qanıtıdır. Eskidən de sözün dəyərini çox yüksək vermişlərdir. “Söz qanda doğulur” deyən P.Neroda ,sözün insan var oluşuyla birgə başlamasını demək istəmişdir. Bir insanın doğuşu  yeniliyin  başlanışı deyildir. Ancaq bir sözün doğuşu yenilik olduğu kimi, yeni çağında savcısıydır.

Davamı...


  Yazılar cəmi: 5   

Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 118
Ümumi hit: 17413

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites