tuyuğlar və qazi burhanəddin
"tuyuğ" lar və qazi burhanəddin
Hümmət şahbazi
"tuyuğ" şeiri türk şeirinə məxsus bir şeir qalibidir. Qafiyəli, vəznli 4 misradan oluşan və məzmunca başqa dördlüklərdən seçilən bu şeir qalibinin gözəl örnəklərini "divan_e lüğatültürk"də görürük. Bu kitabda olan örnəklər ümumiyətlə "heca" ölçusundə yazılmış. Görünüşcə 4 misrasının 1, 2, 4 misraları həmqafiyə olan bu şeir növü get gedə inkişaf edir və azərbaycan şeirində 8-ci əsrdə yazıb yaradan azərbaycanın hökmdar şairi "qazi burhanəddin"in şeirində ən əsas yer tutur. Daha doğrusu sayca az olduğuna baxmayaraq, burhanəddini "tuyuğ"lar şairi adlandırmaq olar. Onun tuyuğları keçmişdəkilərin əksinə olaraq "əruz" ölçülü və əruzun "bəhr_e rəməl" (faelaton faelaton faelat) ölçüsündə yazılmışdır.


