Yenilikçi Düşüncə və Şairlər
Yenilikçi Düşüncə və Şairlər
Guillaume Apollinaire çevirən: Eray Canberk
Şair, yeni coşğular kəşf edən kimsədir; bu yeni coşğulara dözmək çətin də olsa. Hər sahədə şair oluna bilər; yetər ki insan macəraçı olsun və tapıb çıxarmağı gözə alsın.
Sənətin vəsaiti və vasitələrini meydana gətirən şey üçün, xəyala dalmayacaq bir bolluğun azadlığı içində olduğumuzu ümid edə bilərik. Şairlər bu gün, bu ansiklopedik azadlığın şagirdlik dövrünü yaşayırlar. Ilham sahəsində azadlıqları; bir tək səhifədə ən müxtəlif vəsaitləri ələ alıb işləyən, ən uzaq ölkələrdə at qaçdıran gündəlik bir qəzetin azadlığından daha az geniş deyil. Telefonun, telsiz telqrafın və kosmos qarşısında artıq utancaqlığı qalmayan havaçılığın var olduğu bir çağda, şair heç olmasa eyni azadlığa nə üçün sahib və məcburi olmasın sualını öz özümüzə soruşmalıyıq.
Kainat kimi, topluluq kimi, millət kimi kompleks varlıqları, tezlik və asanlıqla tək sözlə izah etməyi vərdiş halına gətirmişdir düşüncələr. Halbuki tezlik və asanlığın şeirdə çağdaş mənada qarşılıqları yoxdur. Şairlər bu boşluğu doldurmaq məcburiyyətindədirlər və onların saxta şeirləri, ortaq şəkildə terminlər kimi bir araya gətirilmiş incə (plastik) bir dəyərə sahib olan yeni özlüklər yaradar.
İnsan, maşın deyilən bu çaşdırıcı varlıqlarla içli dışlı oldu. Sonsuz dərəcədə kiçik olanların sahəsini didik didik etdi. Yeni sahələr də insanın xəyalının fəaliyyətinə açılır. Bu da sonsuz olaraq böyüyün və olacağı xəbər vermənin sahələridir.
Yenilikçi düşüncənin kompleks, durğun, saxta və donmuş olduğunu sanmayın. Təbiətin nizamını belə izləyən şair, şişirilmiş boş sözlərdən tamamilə xilas oldu. Artıq içimizdə Wagner Almanyası'nm o nəhəng kimi coşumculuğunun bir tərəfə buraxılmış köhnə geyimini özlərindən uzağa atdılar; onun göz aldadan parlaqlığına, aldanaraq, Jean Jacques Rousseau qədər dəyər vermişdik.
Sənət ancaq, günün birində kainat eyni iqlim altında yaşasa, insanlar eyni şəkildə tikilmiş sığınacaqlarda otursalar, eyni söyleyişi daşıyan eyni dili danışsalar, milli olmaqdan xilas olacaq; bu da heç bir zaman olmayacaq. Etnik və milli fərqliliklər ədəbi izahatın çeşidliyini doğurar və qorunması lazım olan da indi bu müxtəliflikdir.
Çağdaş bir şair bir təyyarənin xomurtularını qələmə aldığında, hər şeydən əvvəl, zehinini gerçəyə alışdıran şair arzusuna sahib olmaq lazımdır. Şairin həqiqət ehtirası onu haradasa elmi deyilə biləcək qeydlər almağa itələyər; əgər şeir olaraq ortaya qoymaq istəyirsə bunlar hər zaman gerçəyin gerisində qalacaq, deyək ki qulaq aldadıcı olacaq.
Yenilikçi düşüncə, insanı, bir gələcəkdən xəbər vericinin səyi içinə girməyə məcbur edir.
İndi bunun üçündür ki yenilikçi düşüncəyə görə hazırlanmış əsərlərin çoxunda gələcəkdən xəbər vericiliyin izlərini tapa bilirsiniz. Həyatın və xəyalın tanrısal oyunları yeni bir şeirsəl etkinliyi tamamilə sərbəst buraxır.
Şeir və yaradıcılıq, olsa olsa tək bir şeydir elə isə; insanın yarada bildiyi ölçüdə, icad edən, yaradan adamdır deyə şairi adlandırmaq lazımdır. Şair, yeni coşğular kəşf edən kimsədir; bu yeni coşğulara dözmək çətin də olsa. Hər sahədə şair oluna bilər; yetər ki insan macəraçı olsun və tapıb çıxarmağı gözə alsın.
Çağdaş şairlər yaradıcı, kəşf edici və gələcəkdən xəbər vericidirlər; sahib olduqları ortaqlaşmanın ən böyük faydası üçün danışdıqları zaman söylədiklərinin araşdırılmasını istəyərlər. Platola doğru dönərlər və ona yalvararlar; Respublikadan sürüb çıxarılsalar belə heç olmasa onlara qulaq asılar.
Yenilikçi düşüncə, hər şeydən əvvəl, düsturların (formullar) estetizminin və bütün bir modabazlığın düşmənidir. Beləsi bir məktəbə qarşı döyüşməkdən kənar deyil. Çünki özü bir məktəb olmaq istəməz amma simgəçilikdən və doğalçılıqdan (naturalizm) bu yana bütün məktəbləri əhatə edən böyük axınlarından biridir ədəbiyyatın. Çağının aydınlıq qavrayacılığı üçün; kainatın içi və dışarısı mövzu-sunda yeni görüşlər gətirmək üçün, ön ayaq olucu düşüncənin yerləşməsi üçün döyüşər...
Yenilikçi düşüncə, yaşadığımız çağın yenilikçi düşüncəsidir eyni zamanda. Çaşdırıcılıqlar qonusunda verimli (məhsuldar) olan bir çağ. Şairlər, gələcəkdən xəbər vericiliyə; bu heç cür evcilləşdirilə bilməyən ələ ovuca sığmaz qısrağa bənzəyən şeyə boyun əydirmək niyyətindilər.
• Azərbaycan türkcəsinə uyğunlaşdıran: hümmət şəhbazi
