Reklam verin!
Yuma Ailə Jurnalı

hadi qaraçay

Yazar: şahbazi @ Avqust 27, 2008 22:51

Hadi Qaraçay

  

Saraylarin qapik – quruş dilançisiydi

Bakir qızların

qolaqlarının qızıl sırğası

Və döşlərində

Şahların dodqlarından qalmış öpüş seliki .

Və indi

Dünyanın qözlərində kişnəyən

Ağ – apbağ qanadlı bir at.

Davamı...

dündən bu günə güney azərbaycan(2)

Yazar: şahbazi @ Avqust 14, 2008 0:09

 

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (2)

 

Ersan erel

   TÜRK GEÇMİŞLİYİNİN GƏNƏL GÖRÜNÜMÜ GÜNEY AZƏRBAYCANDA   

   

Gənəl Türk geçmişliyi yazımı bu ulusun istər egəmən olduğu, istər olmadığı bölgələrdə iç açıcı deyildir. Burada geçmişə yönəlik ağıt söyləyib, göz yaşı tökmək istəmirəm. Ancaq gedilən yalnış yollara bir daha varmamaq üçün anımsatmağın yararlı olduğuna inanıram.

 

 Bilindiyi kimi Türklər yaşadıqları geçmişliyi özləri yazmamışdılar.Onlarla bağlı yazılanlar- da başdan dibə kimi  qərəzli romanlara bənzərdir. Örnək üçün Rəşidətdinin “ Cameul təvarixinin” adını deyə bilərəm. Oğuz yazqılarıyla seçilən bu yapıtda,Türk ərdəmindən söz edərkən yalnçı kuşkuculuğa dayalı”Allaho ələm”(Tanrı bilir)deyimindən bir çox kəz yararlanmışdır. Türk geçmişliyinin yazımı öz suçumuzdan sonralarda daha acınacaqlı yazılmış, quşaqdan quşağa sunulmuşdur. Sonralarda geçmişçilərimiz özgələrin yazdıqlarının üzünü çıxardıb, bizə yeni geçmışlik kimi sunmuşlardır.

Davamı...

dündən bu günə güney azərbaycan(1)

Yazar: şahbazi @ Avqust 10, 2008 0:23

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN ( 1 )

  

                                                  ÖN SÖZ 

 ersan erel         

Bir ata sözündə deyilir : “Dəli ilə zəngin istədiyini deyə  bilər”. Buda bu kesim insanların   söz qarşısında duyarsızlıqlarının , sorumsuzluqlarının  qanıtıdır. Eskidən de sözün dəyərini çox yüksək vermişlərdir. “Söz qanda doğulur” deyən P.Neroda ,sözün insan var oluşuyla birgə başlamasını demək istəmişdir. Bir insanın doğuşu  yeniliyin  başlanışı deyildir. Ancaq bir sözün doğuşu yenilik olduğu kimi, yeni çağında savcısıydır.

Davamı...

Hilmi Yavuz

Yazar: şahbazi @ Avqust 7, 2008 23:34

Axşam Və Sən Və mən

HİLMİ YAVUZ

 

ikimizdik, Sən Və mən , bir çiçəklə

onun tomurcuğu arasında bir yerdə;

eləcə durmuşduq, ikimiz kimi?

dâima birlikdə olurduq hüzünlərdə...

Davamı...

çingiz göytürk

Yazar: şahbazi @ Avqust 5, 2008 20:52

Çingiz Göytürk

 

Gecə,

göylər

üzüm bağı.

pozun gecənin tağını

salxım salxım ulduz  dərim budağından

 çaxır çəkin dəniz dəniz

sal söyüdlər sağlığına

için için

için

ancaq

haram olsun qızıl lalə çanağında içməsəniz

 ·         bu şeir 20 il bundan qabaq yazılmış. 

bildirş

Yazar: şahbazi @ Avqust 2, 2008 22:26

Dəyərli soydaşlar:

 

Sürəkli olaraq paltakda bazar günləri “sözün sözü”  adlı otağımız olacaqdır. Otağın gündəmində yalnız  yazınla (ədəbiyatla) dilçilik konuları önəmsənəcəkdir. Konularla bağlı dəyərli söz uzmanlarımızla ( şairlər, yazıçılar, dilçilər) birgə, soydaşlarımızın da otağımızı onurlandırmalarını umuruq. Otaqda siyasal çəkişmələrdən uzaq , bireylərin söz özgürlüğü ilə sayqınlığı qorunacaqdır.

 

Otaq mərkəzi Avropa vaxtı ilə saat 21. 00  başlanacaqdır.

 

   Sayqılarla

   Eşilbax , Ərsan Ərel

 

cavidan (türkcə)

Yazar: şahbazi @ Avqust 1, 2008 13:02

Cavidan

Gece uçan kelebekler...

 

Gece uçan kelebekler

beyaz – beyaz  

yastıklara konarlar

Uzun-uzun

Saçların arasında gizlenerler.

karasında kaybolurlar...


kanatları nişastalı, ütülü...

Gece uçan kelebekler

hafif esintiden uçunarlar,

hafif nefesden de...

 

Davamı...


  Yazılar cəmi: 7