Reklam verin!

Turan xanım Cavid

Yazar: şahbazi @ İyul 30, 2008 1:12

Güntay Gəncalp 

Turan xanım Cavid 

          Hansısa bir səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa çağırmışdı sanki. Orta məktəbdə oxuduğum zaman Hüseyn Cavidin bir neçə lirik şeirini və özəlliklə “İblis” dram əsərindən İblisin monoloqlarını əzbərləmişdim. Bir neçə dəfə də Savalanın zirvəsində yüksək səslə, bağıraraq söyləmişdim bu monoloqları. Yayda məktəblər bitirdi və biz kəndə geri dönməli olurduq. Kənddə 3 ay qouyun otarırdım örüşlərdə. Bəzən qara-buludlar göyləri sarıb, küləkli, boranlı yağış yağdığında qoyunlar başlarını bir-birlərinin qarnının altına soxub duruşurdular. Göy gurultuları bəzən də qoyunları hörküdüb daha da bir-birinin içinə soxurdu. Qorxunc ildırımlar çaxırdı. Bu zaman mən böyük bir qayanın üstünə çıxıb “İblis”dən monoluqlar söyləyirdim.

Davamı...

Kiyan xiyav

Yazar: şahbazi @ İyul 27, 2008 23:23

Kiyan xiyav

.................................................................................... 

♥ öldürdünüzmü, öldünüz

 

Humbaba deyildim

Ürəklər keşikçisiydim

            Sevgilər gözətçisi.

 

Bılqamış, yoxsa enkido deyildiniz

Vur-tut vurğunlarıydınız

              Nədənsiz bahadurlar.

 Hankınızın əlindəsə

Haçansa öldüm amma

               Öldüm də unuduldum.

 Davamını buradan oxuyun:

http://dusharge.blogfa.com/post-198.aspx

hadi qaraçay

Yazar: şahbazi @ İyul 23, 2008 21:15

 Hadi Qaraçay 

     

Acunun doğumu boyu

              

Bəyləri sağında , solunda

Altunban evində otursun

Amıt soyunun aslanı.

Onlar orda qalsinlar

Torpağın doğumundan deyim

Atımın yaşından

Dayımın yaşıdından

Almanın Beyrək qoxusundan

Beyrəkin alma qoxusundan

Və udumun umuda çevrilməsindən. . .

Davamı...

Güntay Gəncalp

Yazar: şahbazi @ İyul 21, 2008 23:02

Güntay Gəncalp

Ərdəbildə muğam yarışması üzərinə

           

            Ərdəbildə muğam yarışması keçmiş və böyük rəğbətlə qarşılanmışdır. Dəstgahlarda oxunan şeirlər Azərbaycan şairlərindən və ifa tərzləri isə Üzeyir Hacıbəyli ekoluna (məktəbinə) aid. Ərdəbildəki bu yarışmaya Güney Azərbaycanın dəyişik bölgələrindən muğam ifaçıları qatılmışdır. Ərdəbil Mərkəzli bu mədəni fenomon toplumsal zövqün hansı istiqamətdə gəlişməsi ilə bağlı ipucları verməkdədir. Ulusal kimliyimizin hər şeydən daha çox musiqimizdə barınmış olduğunu nəzərə alsaq, bu yarışmanın nə qədər önəmli olduğunu asanca düşünə bilərik. Ayrıca, hər hansı bir mədəni olqunun sosial gərəksinim (ehtiyac) olmadan ortaya çıxa bilməyəcəyini düşünsək, Ərdəbildəki musiqi yaraışmasının hansı ictimai istəkdən qaynaqlandığını təsəvvür etmək mümkün olacaqdır. Həm yarışmaçı ifaçıların, həm münsüflər heyyətinin, həm də tamaşıçıların böyük şövqlə bu mərasimə qatılmaları Güney Azərbaycanda özəlliklə muzikal zövq anlayışında sosial atmosferin hansı istiqamətdə gəlişməsi və dəyişməsinin göstərgəsidir. Millətolma yolundakı çalışmalarımızın təməlində mədəni planda böyük devinim (hərəkət) və irəliləyiş sağlamaq durmalıdır. Arxasında böyük uyqarlıq (mədəniyət) durmayan hər bir ictimai hərəkət öz məqsədinə içi boş şüarlarla çata bilməmişdir. Tarın, kamanın, ritmin və insan avazının yönləndirdiyi milli ruh, öz qurtuluş modeli haqqında dərin- dərin və həm də estetik düzeydə (səviyədə) planlar hazırlaya bilər. Ərdəbildə gerçəkləşən bu böyük hadisənin dəyəri heç də 2006-cı il Xordad qiyamından az deyildir. Bunun adına “olaysız oluşum” deyə bilərik. Bu mərasimin gerçəkləşməsində əməyi keçən hər kəsi, özəlliklə qazanan yarışmaçıları təbrik edirik.

                                                                                                   18.07.08

Nasir Mırqati

Yazar: şahbazi @ İyul 18, 2008 12:24

Nasir Mırqati

Yad torpağım


1...

Acıdan dönəndə şəhərə sarı

hamınızın əlləriniz  əllərimin içində isti

                                                    və yumuşaq

hamınızın ürəkləriniz hər kiçik olaya açılan

hamınızın dodaqlarınız bir kəlməyə qaçan

hər bir zad incə

hər bir zad mənalı

hər bir zad isti idi bağ yolunda.

və yerin yeddi qatından

 qayıtmış oğlan

ayaqlar altına

gül səpə-səpə

gəzişirdi hər yanı


 

Davamı...

ziba kərbasi

Yazar: şahbazi @ İyul 14, 2008 23:05

Ziba kərbasi

Ölüm biboğlusuna bənzər

Adamın gözündən düşəndə

Da düşəndə

Düşər gözyaşı yaprax,

Adam, ki heeeeeeş adam deyil.

Ölüm qərə verni başmaxlarinan

Ağ dəsmalı əlində, Azər Xanım….

Qara ney çala-çala

Səfra günlər od üstündə çıqqaçıq, Azər Xanım…

Davamı...

behruz sədiqi

Yazar: şahbazi @ İyul 10, 2008 23:42

Behruz sədiqi

 Tapa tapa gəlməmişlər 

Susuzluqdan  bağrı yanmış

                           Ucqar bir kənd

əlli suru

Gənc bir çoban

Yollandılar

           Yaşıl otlaq

                     Arxasinca.

Tapmadılar...

                 Tapmadılar...

Tapa tapa gəlməmişlər.

 

Batdı suru...

Canavarlar

-qanlı varlar-

Yaşatdılar bu dastanı

                      Gücsüz itlər

                              Kor quzqunun

                                           Dırnağında

Didildilər

           Didim- didim

Tutək qaldı

            Sagır yetim

Nədən deyim

             Nədən deyim?!...

friedrix nit.se

Yazar: şahbazi @ İyul 4, 2008 23:04

Friedrix Nitşse

 

Yalnız


Hayqıran  qarğalar

Darmadağın  uçuşurlar şəhərə doğru:

nədənsə yağacaq  qar

Yeri  yurdu  olanlara  nə  mutlu!


Donub bir yerdə qaldın,

çoxdandır gözlərin  arxada!

Boşuna  qaçırşan, ey  çılğın,

qışdan  uzaqlara!

 

Davamı...


  Yazılar cəmi: 8