kiyan xiyav
Kiyan Xiyav
Əllərimiz
hankı dağlarda,
neçə bayrağa yönəldi sənsiz?
- heç
hədə biçdiyimiz
hankı meşələrin
harasını qorxuya saldı sənsiz?
-heç heç
nə qədər ağardı
qaranlıqdan qaranlığa uçan ulduzlarımız sənsiz?
- heç heç heç
eey, Allahdan yazıq yerdə
qılıncsız qınlarımızı
ersan erel
Ersan erel
Asıldım dilinə
Düşüncələrim ərəb saçı
Duyğularım anamın cəhrisinin mili kimi
Əyirdiklərim sağlı sollu bayraqlara
Bəzək olmur nə edim!
Dar boğazlı bilik ilməklərində
Geçmişimin ana damarı boğulu.
Yazlarda çiçəklərin gülüşünə boğulacaq doğada
Hıçqırığımı bir çoban belə oxumur.
Mən daşda
Mən qayada
həsən hüseyin qorxmazgil
həsən hüseyin qorxmazgil
Acılara Tutunmaq
acı çəkmək özgürlüksə
Özgürdük ikimiz də
O yuvasız torağayı
mənsə qəfəsdəsarı bülbül
O dolaşmış daldan dala
Savurmuş ürəyini
mən bölmüşəm ürəyimi
Başqaldıran dizələrə
əlləri çığlık çığlık
Yanyana iki dünya
hadi qaraçay
Hadi Qaraçay
Ök
sən
hansı uçmağın yeyilməz almasısan
hansı xərmənin daraqlanmış buğdası
adın
bütün girilməz qapıların başında durar
və gözlərin
məni unutmağa götürən yolları bağlar...
oooy aşıq atan uşaqlar
bir söyləyən ola
niyə aşiqlərin aşıqları ovçu durmaz?
seyid heydər bayat
ölüm bir qarğadır
seyid heydər bayat
Səs meşədənidi, hooooy! ağa miri oğlu! səni öldürəcəyik!
ulağ qulaqlarını şaxlayıb, addimlarını yeyinlədib,
güvənsizcəsinə yeriyirdi. çayın səsinə qarışan qurbağaların
qurultusu meşədən gələn səslə üst üstə düşüb qorxünc bir
səmfuni yaratmişdi.


