Hadi qaraçay
Ersan erel
Hadi qaraçayın
özgürlük yontusunda qabar çalmış özləmləri
Bir gün
Danışacaqdınız siz ey sıldırım qayalar
Sümüklərinizdə
Qılınc yarasından bitmiş ardıclardan
....
Hadi qaraçayın “ sonsuzluq” dizgəsi (poeması) geçmişliyə açılan ağrı qapılarından belə boylanır. Qalın ünlü səsli olan “sıldırım”, “qayalar”, “qılınc”, “ardıclar” kimi dörd adın qısa başlanğıca yüklənməsi , ağlatının ( trajedinin) savacısı izlənimini yaradır. Kökəncil (mitolojik) coşquyla (lirizmlə) sözlərin səs damarlarına duyğu tellərini belə duyarlı bağlamaq, qoşuqçunun sözə olan sorumluluğudur. Türk dilinin doğasında olan bu özəlliyi qavrayıb, qoşquda yansıtmaq isə özü bir bacarıq, bir gözəllikdir. Oxucuya düşüncə ilətisi isə götürdüyü böyük daşları qoşuq qalasına yerində işlətməklə çatır. Başlanğıcı belə coşqulu başlayan bu dizgənin soluğançılığa varcağını düşünərkən, qaraçay bacarıqla əyləcə (tormuzu) basır:
davamını buradan oxuyun:
http://www.dusharge.blogfa.com/post-118.aspx
Gecə gedir...
hümmət şahbazi
Gecə gedir...
gecə gedir
dalğaların ovcunda yaşayan biz
ürəyimiz göyərmək həvəsində
göyərməyinsə başı kəsilib.
uzun bir yol olduq ey...!
Dilənçi yolçulara.
Diləklərini


