hadi qaraçayın kitabları
"Hadi qaraçay"ın kitablarını PDF lə oxuyun :
Beçələr banlayanda
Badamlıqlar
http://www.dusharge.blogfa.com/
kitablardan yalnız "düşərgə" veblogını qaynaq
göstərmək şərtilə yararlanmaq olar.
norveç şeiri
Norveç şeiri
çevirən : Hadi Qaraçay
Lindis laabak Rasmussen ![]()
05.05.1972.ci ildə Norvecin Ålesund şəhərində doğulub. Bildiyimcə heləlik şeir kitabı çıxmayıb.şeirlərini dikt.no sitəsindəndən götürmüşəm. ___________________________
Henning Howlid Wærp, “Norveç şeiri 2004.cü ildə” adlı yazısının başlanğıcında, Norvecin 70.ci illər ədəbiyatını ütopik, geniş dəyişimlər güdən və başqa bir toplum üzərinə bir düş, 80.cı illərin şeirini isə dil fəlsəfəsi, minimalism və duyğusallıq kimi dəyərləndirir. Beləliklə də 2004.cü ilin ədəbiyatını yekunlarına baxırkən bu ilin ən adlım şairinin yaradıcılığını 70.ci illərə dönüş kimi görür. 2004.cü ildə basılmış şeir kitablarının araşdırırkən sayca az və necəliklə (keyifiyətcə) gücsüz olduğuna ınanır. Gənəl olaraq şeirin, Norveçdəki durumunu başqa avropa ölkələriylə tutuşduranda, pis durumda olduğunu bildirir.
davamını buradan oxuyun: http://dusharge.blogfa.com/post-152.aspx
MEDYA VƏ POSTMODERN TARİX
Hümmət şahbazi
MEDYA VƏ POSTMODERN TARİX
Zənnimcə tarixin işləyi (fonksiya) keçmişə görə, dəyişilməyibdir. Keçmişdə, -ümumiyətcə modern dunyadan öncəni nəzərə aliram– tarix: şahların, sarayların, şahzadələrin və ümumiyətcə iqtidarın acılı şirinli sərgüzəştləriydi. Daha doğrusu, tarixdə yalnız şahlıq və yüksək təbəqəlilik höküm sürürdü və aşağı təbəqələrdən söz edilmirdi. Bu anlayış, modernlik dövrundən buyana, "hegel" və "marks"ın, təbəqə dartışmalarından sonra mahiyətini dəyişdi. Belə ki bu anlayış, keçmişin tam əksinə olaraq bir sürə aşağı təbəqələrin sərgüzəştini aradı. Bu, modern çağın ilk başlanğıcında oldu. Çünki bu zamanda, ən önəmli təbəqə yəni ziyalı təbəqəsi yarandı. Ziyalı təbəqəsi, öz anlayışının əsasını daha doğrusu öz gücünü, iqtidarın əleyhinə çıxışıyla başladı. Bu zaman ziyalılığın təmsilçiləri hegel və marks kimi düşünürlər olur. Ölkəmizdə isə abasqulu bakıxanovdan başlayaraq məşrutə dövru tarixçilərini nəzərdə tutmaq olar. Bu anlayış "pişəvəri" (milli hökumət) dövrundə tam şahlar sarayından ayrılaraq kütlə və sıravi vətəndaş tarixini yazmağa başladı.
Emre Gümüşdoğan
bu axşam bu axşam masada
bir sən
bir gül
bir də Ege* var
Ege üç yaşında
gözləri
Ağ dəniz mavisinə yatmış
mor mərcan…
Casaratsız bülüdlar
Casaratsız buludlar
hümmət şahbazi
Yolların qiqacı gözündə
Sorğu suval görünür
Ağacların nəslını aldadan
Həyatın axımından...
Yağışın çürüməsindən
danışır hamı
buludlar,
Casaratsız ancaq.
Yellər
Ağlayırdı ölən yarpaqlara
Gecələr,
udurdu kölgələri
Və kölgələr
Yeniləşmədən köhnəlirdi.


