almanya şeiri -1
Almanya Şeiri – 1
Əziz Səlami
***************
ELSE LASKER-SCHÜLER
-ELZE LASKER-ŞÜLER-
1869-1945
Elsenin bir çox şeirləri düşünülüb yazılmış şeirlər deyli, onun ruhunda Birdənbirə, gözlənilmədən baş qaldıran bir burağandır. Bu burağana Qapılıb gedən şairin vardığı yerlər kimsəyə və onun özünə belə Tanış yerlər deyil. Hər nə ilk olaraq görünür. Sanki nəsnələr öz varlığının ilkindədir. Nə zamanın keçişi, nə insanın baxışı bu qərib və yepyeni biçimləri və boyaları hələ əskitməmişdir. Hər nə, hələ öz sirr və sehrini qoruyub saxlamaqdadır. Belə bir dünyanın vurğun yolçusu olan Else, hər addımda, tam yeni bir şeylə qarşılaşır və o şeyin açılmamış sirrinə və bənzərsiz gözəlliyinə dalır. Hər addım, yeni bir şeyi görmək üçün atılır.
sevgi yolu
Sevgi yolu
H.Qaraçay
”məni şəraba
məni şahmata
məni şeirə
qonaq çağır”
Geçən ay Norvec qəzetlərinin birində İsveçrəylə Norvecin arasında 7,2 Miliyard Norvec Kronunca bir anlaşmaya qol çəkildiyini oxudum. Nobel ödülünü paylayan İsveç, barış üzərinə Nobel ödülünün paylayanı Norveclə, bu boyda bir anlaşmanı nə ədəbiyat nə barış, qırıcı uçaqların ən yeni ən gəlişmişinin isveçrə teknolojisi və norvec bazarının istəiyi üzərinə gerçəkləşdirmişlərdir. Bu “bağırmağı sevməyən gecə şahları”, şairi öldürə də bilər, istər adı norvec olsun, İraq olsun, istər başqa bir ad.
seyid heydər bəyat


