Reklam verin!

hadi qaraçay

Yazar: şahbazi @ Oktyabr 25, 2008 1:52

 

Hadi Qaraçay

 qaraçay  

 

Sayın Əlirıza Sərrafi və Səid Muğanlıya sunulur

əsgi yaz,

qoca yaz,

dədə yaz!

ulduzlu göylərim deyib durma

çiçəkli düzlərim deyib durma

aranında quzular vardı

quzuların harda

oğul doğdun

qolu bağlı

Davamı...

refik durbaş

Yazar: şahbazi @ Oktyabr 21, 2008 2:31

 

Refik Durbaş

Henry James'in şair qəhrəmanı və Pirayə

Pirayə, Nazım Hekmət'in ən gözəl sevgi şeirlərini yazdığı və ən uzun sürə evli qaldığı qadındır. Sevgiləri 1933 ilindən 1950'yə qədər sürür. Şeirə maraqlı hər bir oxucu, Nazım Hekmət'in "Pirayə" ilə ilişkisini ucundan bucağından bilir. Nazım Hekmət, 13 ilini keçirdiyi həbsxanada Münəvvər Andaç ilə evləndikdən sonra Pirayə, avazını susqunluğun uçurumuna buraxacaq və ölüncəyə qədər də ilişkiləri üzərinə tək sözcük etmeyəcəkdir.

Davamı...

Doris lessinglə diz dizə

Yazar: şahbazi @ Oktyabr 14, 2008 1:03

 

Doris lessinglə diz dizə

 

 Çevirən: Hadi Qaraçay

 

-Sən orda otura bilərsən, mən də elə ordaca onun göstərdiyi yerdə otururam.

-bax, başlamadan öncə mənim doğru düzgün kar olduğumu bilməlisən,deməli sorğularını gözəlcəsinə bağırmalısan, aydındırmı?

Nobel ödüllü Doris Lessing Londondakı geniş, əsgi evində, pəncərə qabağındakı dinc oturacağında əyləsir.Gələn ayın içində 89 yaşını dolduracaq Lessing, 55dən çox kitab yazmışdır, bunların içində roman, şeir, öykü, bioqrafi ilə operalar yer almaqdadır.

bütün mətnini burdan oxuyun:

 http://dusharge.blogfa.com/post-238.aspx 

Davamı...

Şərif mərdi

Yazar: şahbazi @ Oktyabr 7, 2008 23:57

Şərif mərdi

T

Təzəcə kərpicdən çıxmış üç qat bir tikintidə basamaqları enirəm. Nə   mən varam nə sən. Yerə endiyimdə qaranlıq bürüyür hər yanı. Bir qapı ... sonra isə obirisi ... Şaqqa şaq ardıcıl qapalı qapılar açılır. Qaranlıq gülür üzümə. Gözüm dıkılır yerə.

Davamı...

tuyuğlar və qazi burhanəddin

Yazar: şahbazi @ Oktyabr 3, 2008 23:26

"tuyuğ" lar və qazi burhanəddin

  

Hümmət şahbazi

 

"tuyuğ" şeiri türk şeirinə məxsus bir şeir qalibidir. Qafiyəli, vəznli 4 misradan oluşan və məzmunca başqa dördlüklərdən seçilən bu şeir qalibinin gözəl örnəklərini "divan_e lüğatültürk"də görürük. Bu kitabda olan örnəklər ümumiyətlə "heca" ölçusundə yazılmış. Görünüşcə 4 misrasının 1, 2, 4 misraları həmqafiyə olan bu şeir növü get gedə inkişaf edir və azərbaycan şeirində 8-ci əsrdə yazıb yaradan azərbaycanın hökmdar şairi "qazi burhanəddin"in şeirində ən əsas yer tutur. Daha doğrusu sayca az olduğuna baxmayaraq, burhanəddini "tuyuğ"lar şairi adlandırmaq olar. Onun tuyuğları keçmişdəkilərin əksinə olaraq "əruz" ölçülü və əruzun "bəhr_e rəməl" (faelaton faelaton faelat) ölçüsündə yazılmışdır.

 

Davamı...

dündən bu günə güney azərbaycan(5)

Yazar: şahbazi @ Oktyabr 1, 2008 0:33

  

DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (5)

 

Ersan erel

 

  5- Yanlış uyqarlıq bilgiləndirmələri: İndiyə kimi uyğarlığın bir qalıba sığışdırıb,  neçə tümcədə  tanımlanmasını (Tərifini) kimsə  verməmişdir. Acunda en geriyə qalmış toplumlarında bir uyğarlıqları olduğunu bütün toplum bilimciler savunarlar. Uyğarlıqların gəlişmə ölçümlərini, çağa uğun yaşamların yüksək bəlirtilərilə( əlamətlərilə)  dəyərləndirərlər . Ancaq indiyə kimi, kimsədə tərəziyə qoyub uyğarlıqların  ağırlıq, yüngüllük  çəkisini verməmişdir . Bir sözlə uyqarlıqların çəkim daşları gənəl olaraq  aydınlaşdırılmamışdır . Gəlişmiş, gəlişməmiş uyğarlıqların  oladuğunda bütün toplum bilimcilər ortaq düşüncədə olmuşlardır .

Davamı...


  Yazılar cəmi: 6   

Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 81
Ümumi hit: 17376

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites