hadi qaraçay. açıq məktuba saçıq məktub
Hadi Qaraçay . AÇIQ MƏKTUBA SAÇIQ MƏKTUB
"Seymur Baycan"ın son yazısına və əvvəlki yazılarına qısa şərh
Ölkəmizin polisi gör necə də biabırcasına kobudmuş. Deyirəm, bəlkə Mahmud Əhmədinejadın polisindən bizimkilərə əxlaq-etik öyrətmək üçün yardım istəyək?Axı Güney Azərbaycan yazıçılarına orada ”Türke-Xər”(Eşşək Türk) deyilə bilər, ancaq “Ə” kəsinliklə deyilməz. Özü də görünən bu “Ə” elə-belə “Ə” deyil ha!! Uzanıb harayadək gedə bilən, alçaldıcı bir “Ə Ə Ə Ə Ə Ə” dir. Yox canım, belə alçadıcı sözlər nə oranın mətbuatında gedə bilər, nə də kiminsə ağzından eşitmək olar.
Dedim-dedi formasını yorucu gordüyüm üçün və sayın editor Zahir Əzəmətin təcrubəsini bəyəndiyim üçün dialoqda Seymura qarşı olanın səsini boğdum, dediklərini də burda gətirmədim. Sizsə mənim verdiyim cavablardan onun da hansı yuvanın quşu olduğunu biləcəksiniz…
Dedim-dedi formasını yorucu gordüyüm üçün və sayın editor Zahir Əzəmətin təcrubəsini bəyəndiyim üçün dialoqda Seymura qarşı olanın səsini boğdum, dediklərini də burda gətirmədim. Sizsə mənim verdiyim cavablardan onun da hansı yuvanın quşu olduğunu biləcəksiniz…
Güney Azərbaycanlılar orada Seymur bəy demişkən, rahat yaşayırlar, daha doğrusu, Sabir Rüstəmxanlı qoyarsa, rahat yaşaya bilərlər…..!
İnanmırsız?..
Zəng vurun Əlirza Sərrafidən soruşun, Səid Muğanlıdan, Həsən Raşididən soruşun!
Zindandadırlarmı?
Önəmli deyil, gözləyin, İran polisi onları salam-salavatla buraxanda soruşarsınız.
Necə olursa-olsun, Seymur özümüzünküdür, yalan danışmaz.
Seymur Baycan cənablarının yazılarına şərh qoymaq olmadığı üçün keçmiş yazılarına olan münasibətimi də elə burada, qıcaca və birlikdə bildirmək istədim. Ağzına-ağlına gələni yazıb da ”EDİTOR”un yaratdığı kölgədə özünü yelləyən bu ”AYDIN”lara, bu cəsarətli yazıçılara, ”ə” deyənin ağzını cırmaq lazımdı.
O kobud polisin yerinə də mən sizdən üzür diləyirəm, belə nazlı bir yazıçıya ”ə” deyənin ağzını ya allah əyər, ya da M.Əhmədinejadın polisi. Doğrusu, bunlar sadəcə Seymura yazıldı..
Vaxtını aldığım bütün oxucuların bağışlayacağını umuram.
http://mesih.azeriblog.com/2008/09/17/hadi-qarachay-achiq-mektuba-sachiq-mektub


