saleh ətayi
Yazar: şahbazi @ Sentyabr 11, 2008 23:35
SALEH ƏTAYİ
Bir çanaq ışıq tək çıpcalanır " ay "
Aydındı həsrətin ayaq yerləri
Qalaya yaxın,
Boğulan harayın çırpıntıları
Yan-yörə dalğalı
Od-alov verir yer.
Qanlı açıq qapı
Səssiz uzun dalan
Yara iysi
Və həsrət izləri,
Qurtaran yerdə
Bir quşa dönub,
Başda dolanır
Calanır, calanır gözlərinə " ay "
Qaynaq: Saleh ətayi , bəlkə daha deyənmədim, tehran S. 28-29


