dündən bu günə güney azərbaycan(1)
DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN ( 1 ) ÖN SÖZ ersan erel Bir ata sözündə deyilir : “Dəli ilə zəngin istədiyini deyə bilər”. Buda bu kesim insanların söz qarşısında duyarsızlıqlarının , sorumsuzluqlarının qanıtıdır. Eskidən de sözün dəyərini çox yüksək vermişlərdir. “Söz qanda doğulur” deyən P.Neroda ,sözün insan var oluşuyla birgə başlamasını demək istəmişdir. Bir insanın doğuşu yeniliyin başlanışı deyildir. Ancaq bir sözün doğuşu yenilik olduğu kimi, yeni çağında savcısıydır.
Sözün bir ölçüsü, bir boyası, birdə anlam boyutlarıla yanaşı iç sezı kavramları vardır. Ölçüsüylə boyası boş yerdə deyib, gülməyə, anlam isə qızılla bal kimi gözlə qulğı, ağızı oxşamaq, yaşamı yozmaq üçndür. Sözün topluma yararlı olması üçün , 5 koşulu göz önünde tutmanın yararlı olduğunu düşünürəm .
1-Sorumluluq (mesuliyət)- Birisi sözün sorumluluğuna ustlənməsə yalnçılıqdan tutmuş bütün alçaq işlərə qatlanar. Bununlada topluma yalnışdan başqa nəsnə verməz .
2 -Yer(məkan)- Hansı sözü harda deməyi bilməsə, işlətdiyi sözlər yenə yararlı olmaz.( S.Behrənginin adsızinda olduğu kimi). Bununlada dostu qırımdan seçməkdə çətinlik çəkilər .
3-Çağ(zaman)- Çağa uyğun düşüncələrlə bilncləri yorumlamaq.
4-Baş –Bildiyi sözdən, anladığı işdən danşmaq. Bu yalnış ışı ən çox qışqırtıcılar görürlər .
5-Yaş- Yaşa görə danşılan sözlər inandırıcı olur. Bunu görməzdən gəldiyində yenə toplum arasında çaş başlıq olur . Buna görədə bir gözəl deymimizdə deyilir: “Başından yekə danışmaq”. Bu qoşullar sözlə çalışan yazar çizərdən tutmuş siyasətçilər sarıdanda gözlənilməlidir. Siyasetçilərlə alverçilər sözün dəyər sınavında en sonuncu yeri, ozanlar isə aşırı bənzətmələrlə daş kimi sözdən qızıl yonaraq birinciliyi tutmuşlardı.
Düşüncələrimi dilə qoyulan daranlamlı söz qalıblarına sığışdırıb, söz cinayəti etməməyə çalışacağam. Dilimin yüyrəkliliyini, sözlərin anlam çalarını kılavuz edərək ,yabancı sözlərdən olduqca uzaq duracağam. Yabancı adlarda isə boğaz tellərimi gərdirmədən dilimdə doğal axıcılıqla deyişi seçəceyəm. Beyinlərimizi koraldıb yabancı vurğunluğuyla Şeyx Nəsrullahlar kimi üzü gümüşə boyali, ancaq mənim ağrı acılarımı dəyə bilməyən sözlər yerinə, kökü yurdumun qayasında, toprağında, ulusumun qanında olan yeni sözlərə üz tütacağam. Dilm düşüncələrimin qulluğunda olduğu kimi düşüncələrimidə dilimin qulluğuna olacaqdır. Bununla dilimə olan borcumu azda olsa ödəmiş olacağam. Bu konu ana bir dal olduğu üçün burada daha uzatmaq istəmirəm. Burada yenə demək istədiyim bu: “Məni ən gözəl anladacaq, yozacaq sözlər yalnızca Türkcələrdir”. Onun dışında nə varsa boyadır, uydurmadır. Yabancı sözlərin tozuna bürünüb, bilgəlik pozu vermək, eləcədə dilimin iliyindən yaranmış sözlərə udurma(saxta) demək, dil bilgisindən uzaq bir dayaz anlayışdır. Türk dilinin üstün özəlliyi olan səs uyumna uymayan siysətdən, inancdan,...,gələn çağırılmamış bütün qonaqlar qırım olmuş, dili yoxluğa sürükləmişlərdir. Buna görədə bu dilin gəlişməsini önləməşlərdir.
İnanc dilənçilərilə siyasət dilənçiləri özlərini əl yetməz göstərmək üçün dili yabancı atıqlığına( zibillik) çevirib, bunu qazanc qayanağı etmişlərdir. Bununlada yazımda( ədəbiyatda) toplumun anlamadığı sözləri yan yana düzərək qoşuq adı vermışlərdir. En böyük acı isə bu anlaşmayan dil yiyələrinə “Türk ölməzləri” adı verilmiş , Türk toplumuna yersiz yük edilmişdilər. Ancaq dili bu günə çobanın, əkinçinin ,..., ağzıyla gətirib çıxardan, baldan şirin, bulaq suyundan duru yazilan qoşuqlarımız, bayatilarımız, tuyuğlarımız, garaylılarımızın, yardıcıları olmuşlardır. Özgə ağızlarıyla zurna çalanların dillərinə isə Türk olan xaqanlar da“ Türki cəhalətdir” deyə dəyərləndirmişlərdir.Çün, bu dili yamaq kimi sunmuş, xaqan ağızlarını dadlandırmamışdılar. Ancaq M.Kaşğarlılar, Ə.Nəvailər, Karamaonoğlular, Şəhriyarlar” Xan yorqanı kənd içrə məsəldir mitil olmaz” deyərək, bu dilin gözəlliyinə gözəllik qatmışlardır.
Günümüzün dilinin görəvi önəri sunmaq, bütün anlamsız qalıblardan ərkin toplumla söz alış verişində olmaqdır. Belə olduğu anda özdeyişlərlə(Aforizmlərlə) sözləri daşlaşdırıb, baş yarmağa gərəksinməz. Umarım bu yazı Dekarts kimi Tərbizın,Bakının qutsal siyasətçilərinə deyinmək kimi alqılanmaz. Toplumsal düşüncələrimə özəl sancılarımı qatmasam, ərkin sözə olan borcumu ödəmiş olacağam. Ancaq Güney azərbaycanda bu gün deyiləcək sözlərin çağı olduğuna baxmayaraq, yararsızlığının ağır bastığını bilərək , onları qoşuq kimi qıssaca demənin yararlı olduğunu düşünürəm . İmgədə , simgədə söz sənətinin bir parçasıdır .
Adı çəkilən qaynaqlar əlimdə olmadığı üçün qaynaqca verməyəceyəm . Burada yalnız illərin birikimi olan bilgilərimi paylaşmaq istəyirəm. Düşüncələrimdə dərəbəylik çağının yetiri (ürünü ) olan qara qounlu ağ qoyunlu olmamağa çalışacağam.
ardı var ....


