behruz sədiqi
Yazar: şahbazi @ İyul 10, 2008 23:42
Behruz sədiqi
Tapa tapa gəlməmişlər
Susuzluqdan bağrı yanmış
Ucqar bir kənd
əlli suru
Gənc bir çoban
Yollandılar
Yaşıl otlaq
Arxasinca.
Tapmadılar...
Tapmadılar...
Tapa tapa gəlməmişlər.
Batdı suru...
Canavarlar
-qanlı varlar-
Yaşatdılar bu dastanı
Gücsüz itlər
Kor quzqunun
Dırnağında
Didildilər
Didim- didim
Tutək qaldı
Sagır yetim
Nədən deyim
Nədən deyim?!...



Salam, Hümmət, e-mail adresini tapa bilmədim, ona görə bura yazıram.
Əziz dost, azeri şeirini tanıtmaq uğrunda etdiyin cabalara rəğmən sənə öz adımdan minnətdaram. Şeirimi blogfa-da yerləşdirdiyin üçün də təşəkkürlər. Amma mən ərəb əlifbasını bilmirəm, odur ki, oxuya bilmədim və bilmədim, hansı şeiri bloga qoymusan.
Lütfən öz e-mail adresini bloguma yaz ki, lazım olanda əlaqə saxlaya bilim
Uğurlar. Yeni şeirlərini gözləyirik, bax ha, qələmini əlindən qoyma, OK?
İyul 12, 2008 13:01