kiyan xiyav
Kiyan Xiyav
Əllərimiz
hankı dağlarda,
neçə bayrağa yönəldi sənsiz?
- heç
hədə biçdiyimiz
hankı meşələrin
harasını qorxuya saldı sənsiz?
-heç heç
nə qədər ağardı
qaranlıqdan qaranlığa uçan ulduzlarımız sənsiz?
- heç heç heç
eey, Allahdan yazıq yerdə
qılıncsız qınlarımızı
çağlarıq da sənə, gəlməzsən, nədən? Ağlarıq da? Fəqət çəkhaçək çəkilir başlara adının ağısı bir də ayrılığın yüz əlli illik acısı şairlər nə bilsin bəlkə dağlarımız o qədər ucalıbdır səslərimiz çatmır sənə? Yoxsa bu nəğmələr, operalar ölkədən ölkəyə gedib dağılar dünyaya və dağıdar hər yerdə hər nəyi yoxsan ancaq və biz başsızlığın beş barmağında sıxılaraq sənsizliyin çağlarında dayanmışıq əllərimizdə oxunaq cinayət sənədləri amma gözlərimizdə qanlı tutulmuş divanlar səhnəsi bizsə səni nə görmüşük, ulu Günəş? Bəlkə bir zinhar gecənin dar bacasından gözləşəcəksən bir damlacıq göz yaşımızla
belimizin harasına bağlamalıyıq
və min barmaqlı aşıqlar
dildən dilə, teldən telə çökdürəcəklər səni
a…h bu uca dağlardan
bir boylana biləydik sənə!
və sənə səndən danışaydıq
qaranlığın bağrı çartlayanadək!
təşəkkürlər. mən də sizi bağlantılarıma artırdım. blogunuzu gördum onu mutləq oxuyacağam.
İyun 28, 2008 22:28
Çağdaş şeirimizin dəyərli tənqidçisi və şair toplumuzun gözəl görkəmi,sevimli qardaşım himmət!
mənim doqquz il bundan öncə yazdığım şeiri buraya vurduğun üçün dərin minnətdarlığımı bildirirəm.və sənə daha böyük uğurlar diləyirəm.yaşa,dost !
İyul 2, 2008 21:24



salamlar əziz soydaşım.
Gözəl və dəyərli bloqunuz vardır.
sizi dost bloqlarıma artdırdım. mənə də bir baş vursanız minnətdar olaram.
http://www.arazoglu.azeriblog.com/
yolunuz davamlı və uğurlu olsun.
İyun 28, 2008 10:44