Reklam verin!

ersan erel

Yazar: şahbazi @ İyun 20, 2008 23:45

Ersan erel

 

Asıldım dilinə

 

Düşüncələrim ərəb saçı

Duyğularım anamın cəhrisinin mili kimi

Əyirdiklərim sağlı sollu bayraqlara

Bəzək olmur nə edim!

Dar boğazlı bilik ilməklərində

Geçmişimin ana damarı boğulu.

Yazlarda çiçəklərin  gülüşünə boğulacaq doğada

Hıçqırığımı bir çoban belə oxumur.

Mən daşda

Mən qayada

 

Cücərdəsim gəlir çağın bulağının

Buzlarının altında bulaqotunun nisgilini.

Güllərin sevişdiyi yerdə

Qılıncların öpüşdüyü anda

Bizə nisgil yaraşdırılmış.

Mən onda

Mən bunda

Özümə özgələşimim xırvat ipi kimi

Pozlarıma tozlanır.

Hürüyəsi itmi

Oynuyası meymunmu

Danışası tutuquşumu

Məndə yuvalamış!?

Sənliyə bilmədən

Əti yeyilmiş dilimdən asıldım.

Kimliyimizə özgələşdirilmiş güzgüdə

Baxasım gəldi

Damar damar tər damcıları

Gəlinlərin bəzəyini pozdu

Kişilərin yaraşığını

Tərbiz tərbiz olmdaı.

Mən burda

Mən orda

Səsim ölüm tapınaqlarında 

Sındırılan sümüklərdə

Xırça xırç ovularkən

Pah atunan...

Nə sağırmış acun!

Mən başdan ayağa

Özlüyümdə sorğu imi kimi bükülü

Başım öz olmadan gövdəmə ağır basası

Büklüm boyumu bir ayax necə daşaır yarınlara!?

Sorular sorulara boylu

Bu qısırlığa

Boğazımda haray dalğaları

Şaqa şaq döyünərkən

Çəlişgilərimin qayalaşmış duyarsızlığında əriyir.

Mən yurtda

Mən dildə

Ögeyliyi dul qoyub

Doğma duyğularımı

Anlaşılmaz səslərin dolanbaclarından

Tərbizin dilsizliyinə sağıram.

Yetər ...! De !!!

Oxu Tərbizim

Oxu!

Ququşunun son mahnısı olarsada

Özünü oxu!



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 147
Ümumi hit: 17442

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites