Reklam verin!

Azərbaycanın modern şeiri

Yazar: şahbazi @ May 29, 2008 0:43

Azərbaycanın modern şeiri

Hümmət şahbazı 

İlk baxışda modern şeir deyiləndə, onun forma gözəllikləri və bədiliyi gözümüzün önündə canlanır. Bu baxımdan klasik şeirə və onun bütün adət və ənənələrinə qarşı duran şeirə “modern şeir” deyirik.Məzmun baxımından isə, modern şeir ictimayi duruma uyğun olaraq, düşüncə baxımından ədəbiyatımızda böyük dəyişikliklər olur. Bu dövrüdə ədəbiyatımız məzmun baxımından ümumiyətlə inkişaf edir ( Sabir və C. Məmmədquluzadə və ...) amma forma sarıdan o qədər dəyişiklikləri olmadan klasik formaları daşıyır.

 Ancaq demək olar ki guney Azərbaycan şeiri , Həbib Sahir ilə həm forma və həm də məna baxımından  yeniləşməklə və tam modernləşmə ilə fərqli olaraq çağdaşlaşır. Sahirin şeiriylə şeirimiz reallaşır və forma baxımından çağdaşlaşır amma modern şeir olmayır. Onun şeiri tam modernləşməyir, yalnız çox az fayızda modern şeirin olaylarını qəbul etməklə, neo-realizmdə məhdudlaşır. Burada o, nə realizmin standardlaşmasından qurtara bilir və nə də tam şəkildə modernizmi qəbul edir.

Azərbaycan şeirində məna baxımından “Səhənd”in şeirləri qərb şeirində olan normalara uyğun bir modern şeirdir. Səhəndin düşüncəsində, modernləşmə məsələsi ictimayi baxımından açıqlanır, bəzən modernitə öyülür bəzən isə pislənir. Demək olar ki qərbdə olan özbaşınalıq Səhəndin şərq düşüncəsində demokratik cəhətləri qapsamaqla ümanistləşir. Doğrudur Səhənd də insanın maşinizm qarşısında əzilməsini göstərməklə və şeirini düşüncələşdirməklə qərbin modern şayirləriylə - xususiylə “Elyut” ilə- sözbir olur, ancaq o, hər bir şeyə onlar kimi bədbin deyil. Onun bu baxımdan modernitəyə xoşbinliyi modernizmin başqa bir axımına yəni “fotorizmə” yaxınlaşmasını da göstərir. Çünki fotoristlər də elə (Nazim Hikməti nəzərə alaraq) teknik və bilim  irəliləyişinə nikbinliklə yanaşırlar.

Amma bütün bünlara baxmayaraq, guney Azərbaycan şeirində “modern şeirin” tam şəklini 1340 (1960)–ci on illiklərində əlirza nabdil "oxtay"ın şeirlərində görürük. Oxtay -səhəndin Tərsinə olaraq– istər estətika, istərsə məzmunca moderndir. Nima  Yuşic fars şeirini, həbib sahir guney azərbaycan şeirini çağdaşlaşdırır. Onlar tam modern olmurlar. Farslarda  "furuğ fərruxzad" azərbaycanda isə "oxtay" modern şeirin təməlini qoyurlar. Oxtyla 1990 ci on illiyə qədər "modern şeirimizdə" böyük bir uçurum vardir. Bu hardasa 30 illik zamanı çevrəyır. 30 il oxtaydan sonra və 1990 –ci on illiyin ortalarında şeirimiz istər istəməz qərbin modern şeirinin durumlarından yararlanır  modern şeirin özəlliklərini mənimsəyən şayirlərimizdən: (Nasir Mırqati, Səhər, Hadi qaraçay, Kiyan Xiyav, Lalə Cəvanşir, Saleh Ətayi , İsmayıl Mədədi Ülkər, kimi şayırləri özəlliklə vurğulamaq olar. bu dövürün sonunda və 1380(2000)–ci ilin ilk yarısında, modernləşmə sürəsi öz yerini bir sıra “post modern” şeirlər ilə dəyişir.Bu dövürdə şairlərimizin bir başa  modernizmlə post modernizmin ikisinində özəlliklərini daşıdıqlarını vurğulamaq olar. Örnək üçün M. Ləvayi “teror və azadlıq” da məzmunca kobud reallıqları əks etdirəndə və onlara bədbinliklə yanaşanda, onun şeirini modern, və bu kobudluqları forma baxımından bəlirsiz və üstü-örtülü əks etdirəndə “post modernizmə” yaxınlaşır.

Bunun ardıyla onun hekayələrində görünən “Qeir Adilik” onu daha da modernizmdən qırır və artıq bir post modern yazar kimi qarşımıza qoyur. Saleh Ətayinin (bəlkə daha deyənmədim), Sima Səmədinin (Günə Baxanlar Baxçası) , Lalə Cavanşirin (Ayaq Üstü Tənhalıq) kitablarında, olduqca  modern şeirlərlə tuşlaşırıq, amma modern şeir dilinin kobudlüğündan üzaqlaşmaları, forma və dil baxımından olduqca yumuşalmaları, onları “post modern” şairlər kimi adlandırmağa yol verir.

Məncə 1990–ci on illiyin ortalarında mutəşəkkil olaraq qoyulmuş modern şeirimizin birbaşa post modernizmə yönəlməsi, şeirimizin dünya şeirinin estetikasına  yaxınlaşmasına yol açacaq. Bu məqsəd üçün şairlərimizin, ədəbi biliklərinin artması və bu bilginin kölgəsində öz şeirlərinin ən ilkin tənqidçisi olmaları, şeirimizin güclənməsiylə sonuclanacaqdır.Yuxarıda çəkilən adlar və adları çəkilməyən onlara bənzər şairlərimizin artıq realist ya da neo relist olmadıqlarını söyləmık doğru olardı.

* məqalədə söhbət güney şeirindən gedir  


1
Asiman yazıb:

Maraqli meqaledir Hummet bey, teshekkur edirem. Hormetle Asiman

May 29, 2008 12:40

2
sima yazıb:

salam, Hümmət
yazını oxudum, amma niyə sən hesab edirsən ki, modern şeir real/neo real olmamalıdır? Postmodernistlik hələ şeir meyarı demək deyil, əsas - şeirin içindəki ecaz, bizi nəyləsə cəlb edən, ürəyimizi riqqətə gətirən nəsnələrdir. Şeir hansı üslubda yazılırsa yazılsın (istər modern, postmodern, l ya da nəsə başqa) fərq etməz. Ən əsası - emosiyanın, duyğuların həqiqi ifadəsidir. Hər halda, mən belə düşünürəm.
Hələlik

May 29, 2008 20:12

3
şahbazi yazıb:

sevimli asiman çox sağolun.

sevimli Sima xanım!
Təşəkkür edirəm oxuduğunuza görə. əslində şeir meyarı siz deyəndir. Amma sözu gedən neo real və ya real şeir qonusuna gəldikdə sizin şeir haqda vurğuladığınız özəllikləri çevrəmədiyinə görə elə şeirə ayrıseçkilik qoyuruq. Sabiri oxuyanda bizdə emosiya oyanır. Ancaq bu emosiyada nə qədər gözəllik var. Məncə fuzuli şeirini ( sabirdən çox qabaqları mənimsəsədə) oxuyanda daha şeirin gözəlliyini dadırıq. Sabirdə isə çılxalıq və açıq aşkarlıq var. Şeir özunun estetikasiyla bir şeyi gizlətməsə emosiya yarada bilməz. Daha doğrusu nəsrlə öz fərqını qoruyar.
Avropa şeirində romantizm dövru klasizmin əleyhinə olduğu üçün modern adlandı. Ancaq sonralar əsil modrnist (dudleir, verlin, rimbu ) romantizmi dərin emosiyaya qapıldığı üçün rəd etdilər. buna görə modern şeir estetika üzərində dayandı.
Mən bu fikirdəyəm. əziz oxuculardan rica olunur. Sima xanim və umumiyətcə burada gedən mübahisələr haqda fikirlərini söyləməkdən çəkinməsinlər
Hörmətlə - şahbazi

May 29, 2008 23:25

4
sima yazıb:

bu danılmazdır ki, hər dövrün öz estetikası var. XXI əsrin adi oxucusu orta əsrlərin estetikasını qəbul edə bilmir. Əlbəttə, ümumbəşəri anlayışlar heç vaxt köhnəlmir, sadəcə, yəqin, insanı düşündürən hadisələr, duyulan hisslər fərqli şəkildə təsvir edilir. Amma şeiriyyətin məğzi dəyişməz qalır.Bu məğz də emosiya, duyğu, obrazdır

May 31, 2008 12:01

5

Maraqlı yazıdır, Hümmət bəy! Qısa bir məqalədə Güneydə poeziyanın təkamül mərhələlərini dəqiqliklə anlatmısınız. Məni xüsusən çağdaş Güney şeiri ilə bağlı fikirləriniz düşündürdü. Bildiyim qədər Güneydə bədii axtarışlar son illər çox intensiv (hətta Quzeydən daha intensiv) xarakter daşıyır və bu proses təkcə sizin işarə etdiyiniz postmodernizmlə məhdudlaşmır. Sizin bu məsələnin tədqiqatçısı olduğunuza güvənib istərdim ki, çağdaş Güney poeziyasında müxtəlif metod və üslubların mövcudluğu və mübarizəsi barədə bir belə məqalənizi də "Düşərgə"də görək.
O ki qaldı postmodernist üsluba, məncə, o hələ bizdə oturuşmayıb, ortada çoxlu alovlu bəyanatlar və təqlidçi nümunələr (hərçənd təqlidçilik postmodern estetikanın özünün bətnində "gizlənib"wink var, əlbəttə, adlarını çəkdiyiniz və çəkmədiyiniz şairlərin yaratdığı uğurlu nümunələrlə yanaşı.
Şairlərimizin ədəbi biliklərini artırması zərurəti (eyni dərəcədə Quzeyə də aiddir) barədə fikrinizlə yüzdə yüz razıyam.
Uğurlar, qardaş!

İyun 5, 2008 1:36

6
şahbazi yazıb:

Hörmətli məsiağa bəy!
Söylədiyiniz fikirlərinizə görə çox sağ olun.güneydə son illərdə dəyərli kitablaryayılır. Bunlarda olan estetlka və düşüncə genişliyi, həm də onların ədəbi teorilərindən geniş tanışlıqlarından ədə sevindiricidir. Indilikdə bu yazının geniş səviyədə yazılması üzərində işləyirəm. Çox güman ki bu yaxında olmayacaq. Çünki böyuk bir işdir. Güneydə çap etdiyim ( nəqd-e şeir-e muaser-e azərbaycan ) başlıqlı kitabımın bəlkə də davamı oldu. Ancaq mutləq azərbaycan dilində.

İyun 6, 2008 0:28


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında


şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 12
Keçən ayın hiti: 2392
Dünənki hit: 99
Bugünki hit: 109
Ümumi hit: 17404

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites