Reklam verin!
AzeriBlog

GÜNƏŞ MAHNILARI

Yazar: Şahbazi @ Avqust 29, 2010 23:36

  

  

                                  ƏZİZ SƏLAMİ

 

                              WWW.bulaq.info

   

                       GÜNƏŞ  MAHNILARI

    

  

   İnsanların günəşlə bağlı yaşadıqları duyğuları izləmək üçün, min illər boyunca dünyamızda yaşayan xalqların və kültürlərin arasından gerilərə keçib gedən bir yolla gedək gərək.

 

Bu yolun bir ucu bizdən başlayırsa, o biri ucu bizi ilk insanların yaşadıqları mağaralara aparıb qovuşdurur. İnsanların bu duyğularını daha dərindən, daha incədən qavraya bilmək üçün, min illərdən keçən bu uzun yolun sonunda, gəlib vardığımız bu mağaralar dünyasında bir az əylənib, yan-yörəmizi diqqətlə gözdən keçirməliyik.  

  

Davamı...

roza cəmali. şeirlər

Yazar: Şahbazi @ Avqust 14, 2010 14:40

 

farscadan çevirən: hümmət şəhbazi 

   

 

 Tehran kənarımda 

  roza 

Tehran kənarımda

Ölumə doğru Qoca bir  inək kimi sakit və yavaşca  uvuldayır

Gövdəsini saçlarıma sürtür

Sabah

Bir leş kimi süpürgəçilər süpürəcəklər

Qancıq bir itin təpiklərinə sığınıram

Və cəsədimi tanriya tapşırıram.

  

***  

Davamı...

şeir haqda aforizmlər

Yazar: Şahbazi @ İyul 23, 2010 11:56

 

ŞEİR HAQQINDA AFORIZMALAR ? 

 --------------------  

 

"Elmsiz şeir, xərci və hesabı olmayan divar kimidir."

                                                                               Füzuli  

"Gözəl sənətlərin ən üstünü və ən çətin olanı şeir sənətidir."  

                                                                                   Friedrich Hegel  

"Şeir, sözlər dinidir." 

                                                                                            Mallarmé

    

"Ustalıq qazanılar; amma uşaq olmaq itirilsə, şeirin böyük damarlarından biri yox olar"

                                                                                                    ilhan berk

Davamı...

emrə gümüşdoğan: şeirlər

Yazar: Şahbazi @ İyun 25, 2010 15:15

 

 

emrə gümüşdoğan: şeirlər

 

 

Qəbir Qapağı Ayətləri

KÜL VƏ ƏNQA SURƏSİ

 

"...və eşq onları

öz küllərindən yaratdı

və onlara nar"dan

qanadlar taxdı..."

 

adımın qoyulduğu gün

nar əlifbasından öyrəndim külü

 

Davamı...

Buraxın da mənim üçün tamamilə ölsün

Yazar: Şahbazi @ İyun 6, 2010 15:45

Buraxın da mənim üçün tamamilə ölsün

  

Nazim Hikmət üçün

     

 Luis Aragon

    

Nazim Hikmətin 3 İyun 1963-cü ildə ölümü üzərinə Fransız şairi Luis Aragon üç gün sonra bu sətirləri qələmə alir…

  

"yox, yaza bilmirəm, indi olmaz, xahiş edirəm. Buraxın mənim üçün tamamilə ölsün, yoxsa, daha öncə, 60 yaşındakı bu cavan, bu sarışın öküz, nə dustağın, nə xəstəliyin, nə yaşın etkiləyə bildiyi bu insan içimdə teptəzə yaşadıqca heç bir şey yaza bilmirəm. İndi olmaz. Daha sonra, söz verirəm sizə yazacağam.

Davamı...

Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş

Yazar: Şahbazi @ May 13, 2010 23:04

Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş

(İmadəddin Nəsimi və hürufilik üzərinə)  

Ramin Cabbarlı   

 

 

Seyid İmadəddin Nəsimi, 1369-cu ildə Şirvanda doğulmuşdur. Şairin əsərlərinin təhlili, Nəsiminin  Şamaxıda o dövrün ən yaxşı bilim mərkəzlərinin tələbinə cavabverəcək bir dərəcədə təhsil almasını gösətərir. O, klasik doğu və yunan əski çağ fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, islam və xristiyən dinlərinin əsaslarını çox yaxşı bilirmiş. Sonralar Nəsimi, Hürufiliyin qurucusu, Fəzlullah Nəiminin etkisi nəticəsində Hürufiliyə üz gətirmiş və həyatı boyu hürufiliyi Azərbaycan, Iraq, Türkiyə və Suriyə də təbliğ etmiş və sonda 1417-ci ildə Hələb şəhərində Asılaraq dərisi soyulmuşdur.

 

Davamı...

İSMAYIL ÜLKƏRİN ŞEİRLƏRİYLƏ BAŞ-BAŞA

Yazar: Şahbazi @ Aprel 30, 2010 23:13

 

ƏZİZ SƏLAMİ
www.bulaq.info  



Dişi olmayan bir səs

Eşidilir daxmadan:

“Özündədir mutluluq!”


                                           -Kobayaşi İssa-


  Bir səs gəlir daxmadan; bu səs, ağzında dişi olmayan, qoca bir insanın səsidir. Bir daxmada yaşadığından, onun yoxsul bir insan olduğu da bəllidir. Nə deyir bu səs? Bu səs deyir ki, ey mutluluq arayanlar, onu nə göydə, nə yerdə arayın, o, sizin öz içinizdədir!  

Davamı...

T.S Eliotun "Çoraq Ölkə"si yayımlandı

Yazar: Şahbazi @ Aprel 13, 2010 15:23

 

 

T.S Eliotun "Çoraq Ölkə"si yayımlandı

  

çoraq ölkə 

 

 

  • Laçın Dərgisinin dünya ədəbiyyatı sıra kitablarından birinci kitab olaraq "Çoraq Ölkə" əsəri yayımlandı. Bu kitab, dəyərli ədəbiyyat tənqidçisi sayın Hümmət bəy  Şəhbazinin çeviri və açıqlaması ilə hazırlanmışdır. Kitabda Eliotun şeirləri ilə yanaşı öz şeirləri üzərinə yazdığı açıqlamaların çevirisi və Hümmət bəy Şəhbazının yazdığı şərhlər yer almışdır.

 

http://lacin-dergisi.blogfa.com/

 

 

Davamı...

dadaizm

Yazar: Şahbazi @ Aprel 6, 2010 23:20

 

Dadaizm

Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Ramin Cabbarlı

 

 

Dada vəya Dadaizm Birinci Dünya Savaşı illərində başlamış kültürəl və sənətsəl bir axımdır. Dada Dünya Savaşının vəhşiliyinə, sənət sahəsindəki və gündəlik həyatdakı intelektual qatılığa bir etiraz olmuşdur. Məntiqsizlik və varolan sənətsəl düzənlərin(əsasların, sistemlərin) rədd edilməsi Dada'nın ana özəlliyidir. Jean Arp, Richard Hülsenbeck, Tristan Tzara, Marcel Janco və Emmy Henningsin aralarında bulunduğu bir qrup gənc sənətçı və savaş muxalifi 1916 ilində Zürih’də Hugo Ball’in açdığı kafedə toplandılar.

 

Davamı...

Saadət Ün: GETDİ/M...

Yazar: Şahbazi @ Aprel 2, 2010 11:03

 

 'Ağlaya ağlaya dəniz doldu ha! ' Deyə qışqırdı adam

Duydum

Ağızım möhürlü və aylardan ramazan idi

Susdum Heç dolardımı bir neçə damla gözyaşıyla dəniz!

Deyə deyinib durarkən içimdən

Onun gözlərində qadın

Mənimsə gözlərimdə tüstüləyirdi hüzün

Güldüm, keçdim

Halbuki

Gözlərimi yalnız dəniz gördü sanırdım… 

 

 

Davamı...

ƏRƏSTU MÜCƏRRƏD-İN BİR ŞEİRİ ÜZƏRİNƏ

Yazar: Şahbazi @ Mart 16, 2010 2:04

 

 ƏZİZ SƏLAMİ

WWW.bulaq.info

DAŞDA YATIR TANRI 

Daşda yatır tanrı.

Çiçəklərdə görür röyasını.

Oyanır heyvanlarda.

Bilir oyanmış olduğunuİnsanda.              

Doğu düşüncələrindən 

  

Davamı...

Siyasi sözcüklərin qısa ömrü

Yazar: Şahbazi @ Mart 1, 2010 1:02

 

 

Siyasi sözcüklərin qısa ömrü

 

 Hümmət şəhbazi

 

 

Siyasətin gündəmdə olduğuna görə, onunla birgə yeni qavramlar yaranır və bunlar dildə yeni sözcüklər tələb edir. Gündəmi çox yeyin irəliləyişinə görə, hərgün onunla uyğun və yeni siyasətlə uyğun yeni anlayışlar yaranır və bu anlayışlar dildə öz əksini tapır. Yaranan sözcükləri biz siyasi sözcüklər deyə adlandırırıq. Bu sözcüklər siyasətlə yanaşı yaranır və yeni siyasi anlayış doğulduqdan sonra və keçmiş siyasi anlayışa ehtiyac duymadan sözcükləri də unudulur.

 

 

Davamı...

poeziya dünyası : əziz səlami

Yazar: Şahbazi @ Fevral 12, 2010 0:26

 

                                  

   SƏKİNƏ HƏSƏNPUR-UN BİR NEÇƏ ŞEİRİ ÜZƏRİNƏ

   

                                                BİR NEÇƏ SÖZ 

 

 

 

         ƏZİZ SƏLAMİ  

        WWW.bulaq.info 

     

 

 Son vaxtlarda dilimizdə heç gözlənilmədən tapdığım çox yeni şeirlərin bənzərsiz  və tam özgün dünyasında dolaşırdım. Bu, Xaqani Has-ın poeziya dünyası idi. Doğrusu, bizim dilimizdə poeziya dünyasından söz etmək çox çətin və ancaq az hallarda ola bilər.

 

Xaqani Has-ın şeirlərində tam yeni və qərib bir ölkədə yolçuluqda olduğum kimi gəzirdim. Hər görüntü, hər səs  görmədiyim və eşitmədiyim idi. Qəribədir ki, bu tam özgə ölkənin dili elə mənim öz dilim idi!!!

Dilimizin çoxdan gözlədiyi bu poeziya dünyası ölkəmizin quzeyində necə qarşılandı? “böyük ədəbiyyat”dan, “yaradıcılıq”lardan,”yüksək seviyyə”lərdən çuval-çuval, xırman-xırman danışılarkən, qaranlıqlarda qalmaqdan az qala kor olmuş gözlərə saçılan gur işıqlar kimi qarşılandı bu doğru yaradıcılıq! Bu doğru yüksək səviyyə!!!

Davamı...

alamanya şeiri - 7

Yazar: Şahbazi @ Fevral 2, 2010 23:02

ƏZİZ SƏLAMİ 

WWW.bulaq.info  

JOSEPH FRElHERR VON         

ElCHENDORFF          

 1788-1857

   

Böyük bəstəçi Robert Schumann, Eichendorffun şeirləriylə ilk tanış olanda sevincini uca səslə bildirmişdi: “Bax, bəstələmək üçün belə  mahnılar arayırdım!” Bu, təkcə  Schumannın  sevincini bildirən  sözlər  olmamışdır, bir çox ünlü bəstəçilərin də bu sevincdə payı olmuşdur. Eləcə də bir çox rəssamlar çəkəcəkləri rəsmləri üçün bu gözəl sənət qaynağından qidalanmağı unutmamışlar . Bir sözlə,

davamını oxuyun

http://dusharge.blogfa.com/post-364.aspx

Əlirıza Nabdil Oxtay 66 yaş

Yazar: Şahbazi @ Yanvar 27, 2010 0:22

Əlirıza Nabdil Oxtay 66 yaş

hadi qaraçay  


Uzun sürə oldu, sözün sözü sitəsində hansıysa bir yazı qoymadım. Sürəkli olaraq gəldim, getdim, izlədim, oxudum. Ancaq sitədə hansıysa bir görəvimin olmadığını bir daha vurğulayaraq, bu günün sevgili bir gün olduğunu üzümə tutub sayqın sözün sözü sitəsində o böyük kişinin adınına sayqı olsun deyə, köçürdüyüm bir qoşuğunu burda yenələmək istədim.

Oxtay bizim modern qoşuğumuzun başlanğıcıdır deyə ınanıram. Bir çox sevgili yazarlarımızın buna ınanmadığını da bilirəm. Ancaq bizim nəyə ınanıb ınanmadığımızdan asılı olmayaraq Oxtayın yaradıcılığı ortalıqdadır. Zaman zaman, quşaqdan quşağa oxunaraq dəyərləndiriləcəkdir. Seviləcəyinə quşqunmuram.

Davamı...

Azərbaycanın ilk uşaq şeiri

Yazar: Şahbazi @ Yanvar 9, 2010 1:53

      Azərbaycanın ilk uşaq şeiri      

        

Hümmət şahbazi  

Azərbaycan ədəbiyatında ilk uşaq şeir kitabını yazan 16– cı əsir şairi ölməz «məhəmməd fuzuli»dir. Onun bu haqda yazdığı kitabının adı «söhbətül-əsmar» (meyvələrin danışığı)dır.

Bu kitab əslində təxminən 200 beytdən ibarət olan bir məsnəvidir. Kitab, 1958 ci ildə bakıda «həmid araslı» tərəfindən yayılır. Bu kitab, kamil mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və təbrizdə 1376 (1997) də «əsmər» nəşriyatı tərəfindən yayımlanmışdır.

Davamı...

Eşşək: Filosofmu, axmaqmı?

Yazar: Şahbazi @ Sentyabr 21, 2009 23:38

 

HELMİ YAVUZ


Eşşək: Filosofmu, axmaqmı?


Eşşək, ədəbiyyatın və fəlsəfənin olduğu qədər həndəsənin və sosiolojinin də ən gözdə məcazlarından biridir. Nədənsə, şairlər, filosoflar, elm adamları qədər folklor da eşşəkdən imtina etmir. Divan şeirimizdən dərinlənməsinə bilgi sahibi olmağa ehtiyac yoxdur.

Lisey ədəbiyyat kitablarının divan ədəbiyyatına bağlı hissələrində Şeyxinin 'Harnamesi dəmirbaş mətnlərdən biridir. Ədəbiyyatla heç ilgisi olmamış və olmayan tanışlarımın dərhal hamısının Divan şeirindən söz açıldığında, Şeyxinin bu məsnəvisinin ilk iki sətirini,

Bir eşşək var idi zaif ü nizar
Yük əlindən qatı şikəstə vü zar

Davamı...

orbitə; Tayyibə AtaY

Yazar: Şahbazi @ Avqust 26, 2009 17:40

 

orbitə

 

Tayyibə Atay

  

orbitə girib

döndüm dünya ilə! ..

günəşdən deyil

məndən düşdü mövsümlər

yer üzünə...

 

rəhmimdə körpə

gözümdə çərşəmbə...

 

baharı sənə bagışladım

yaşıllan deyə!

 

yaz

segilər alovlandırdı

bədənimizdə...

 

xəzan

bir an qalmaq idi

ömürün

çıxış qapısına

yarpaqlar uçuşdu içəridə...

 

qışa kəfən sərdim

sarıdı ikimizi də...

 

Ayfer Tunç: NARLI BAĞÇA

Yazar: Şahbazi @ İyul 11, 2009 22:30

Ayfer Tunç
 
NARLI BAĞÇA  

 
Narlı Bağçanı axtarırdım. 

Hansı coğrafiyaya aid olduğunu biləbilsəm yollara düşməyə hazırdım. Amma heç cür xatırlaya bilmirdim: Qərbdə idimi Narlı Bağça, şərqdəmi? Uzun yolların ucunda idimi, burnumun dibindəmi? İçimdə idimi, çölumdəmi? Var idimi, yox idimi? 
Şimala və cənuba gedən yolları böyük dənizlər kəsir, yuxularımda sürəkli yer dəyişdirən Narlı Bağçanın yolu da bir görünüb bir itirdi. Gözlərimi yumduğumda özümü bəzən Narlı Bağçanın qarşısında tapırdım, amma, tam içəri girib 'bağçada yenə mövsüm dəyişmiş' deyəcəkkən oyanırdım. 

Davamı...

Şeir və Gerçəklik: HİLMİ YAVUZ

Yazar: Şahbazi @ İyun 26, 2009 18:33

 

Şeir və Gerçəklik


HİLMİ YAVUZ


AZƏRBAYCAN TÜRKCƏSİNƏ UYĞUNLAŞDIRAN: HÜMMƏT ŞAHBAZİ



Şeirin, Gerçəklikliklə olan əlaqəsi, problematiktir: Gerçəkliyi, hər hansı bir dəyişdirməyə uğratmadan diləgətirdiyində, şeir olmaz; Gerçəkliyi, dəyişdirməyə uğradaraq diləgətirdiyində isə Gerçəklik, Gerçəklik olmaqdan çıxar.
Bu problematik əlaqənin həlli, şeir dilini, gündəlik danışıq dilindən ayırmaq; şeir dilini 'simvolik dil'; Gerçəkliyin dilini də 'gündəlik danışıq dili' olaraq təyin etməkdir. Beləcə Gerçəklik, Dünyaya aid bir Gerçəklikdən, şeirə aid bir Gerçəkliyə çevrilər: Dünyaya ya da Təbiətə bağlı Gerçəkliklə, sənətə, başqa sözlə də şeirə aid Gerçəklik ayrı-seçkiliyi ortaya çıxar.

 

Davamı...


  Yazılar cəmi: 90    Sonrakı səhifə »

Blog Haqqında


Şahbazi

bu vebsəhifə ədəbi nəzəri bağlamda bütün yazıları qəbul edərək onlarin yaymasına hazirdir

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Açar sözlər

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 20203
Dünənki hit: 486
Bugünki hit: 160
Ümumi hit: 115045

Müxtəlif